U U and R Company
  • 430

Dəstək üzrə mütəxəssis

  • Deadline 17 Mart 2025

Vəzifə öhdəlikləri:

  • Telefon zənglərinin cavablandırılması;
  • Aylıq aktların hazırlanması və geri göndərilməsinin təmin edilməsi;
  • Ödənişlərin edilməsi ilə bağlı müştəriyə vaxtaşırı məlumat verilməsi;
  • Tasklara nəzarət edilməsi, yeni taskların qəbulu vaxtında aidiyyatı üzrə yönləndirilməsi;
  • 1C manualı üzrə biliklərinin inkişaf etdirilməsi;
  • Birbaşa rəhbərinin və Rəhbərliyin qanunvericilik çərçivəsində tapşırıqlarının icra edilməsi;
  • Müəssisənin daxili nizam-intizam qaydalarına, əməyin təhlükəsizlik qaydalarına riayət etmək.

Müştəridən gələn sorğuların vaxtında və dəqiq icra olunması:

  • Detallı izahının alınması;
  • Təhlil olunması, təhlil nəticələrinin qeydiyyatı;
  • Dəstək sahəsi çərçivəsində icrası;
  • Dəstək sahəsi çərçivəsindən kənara çıxan sorğuların qeydiyyatı olunmaqla müvafiq sahəyə icraya yönləndirilməsi;
  • Sorğunun qeyd olunan müddətdə tamamlanmasına nəzarət və icrası barədə müştəinin məlumatlandırılması.

İş şəraiti:

  • İş rejimi: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00-18:00, nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günləri: Həftənin şənbə və bazar günləri;
  • Hüquqi təminat: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə müvafiq bütün növ sənədləşmə və proseduralar təmin edilir.
  • Korporativ mühit, peşəkar inkişaf, vəzifə və əmək haqqı artımı imkanları, peşəkar networking imkanları;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq qarşılıqlı razılıq əsasında təyin ediləcəkdir.
  • Ünvan: Bakı ş., Nərimanov ray., Əhmədbəy Ağaoğlu küç.28.

Namizədə dair tələblər:

  • Təhsili: Maliyyə və mühasibatlıq sahəsi üzrə Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahədə 1 ildən yuxarı iş təxrübəsi (1C/8.3 pr. Proseslərin icrası).

Texniki və peşəkar biliklər:

  • 1C 8.3 mühasibatlıq üzrə praktiki biliklər (Sərbəst istifadəçi);
  • MC Excel – sərbəst istifadəçi;
  • Axtarış brauzerləri və e-poçt sərbəst istifadə etmək.

Dil bilikləri:

  • Azərbaycan dili - Sərbəst şifahi, işguzar yazışmalar;
  • Rus dili - Sərbəst şifahi, işguzar yazışmalar;
  • İngilis dili – Zəif şifahi, oprta səviyyədə yazılı ünsiyyət.

Vakansiyanın bağlanmaq tarixi: 15.03.2025

Maraqlanan namizədlər vakansiya adını və elan mənbəyinin qeyd edərək cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly261
  • Monthly1529