U and R Company U and R Company
  • 917

HR modulu üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

HR modulu üzrə kiçik mütəxəssis

  • Deadline 28 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş yeri: Şirkətin ofisi;
  • İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
  • Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
  • Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
  • Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
  • Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.

Tələblər:

  • Ali təhsil dərəcəsi (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi,Maliyyə, Mühasibat uçotu, Biznes informatikası və ya əlaqəli sahələr üzrə ixtisaslar üstünlük təşkil edir);
  • İnsan resursları sahəsində iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində sərbəst işgüzar yazılı və şifahi ünsiyyət bacarığı (C1), rus dili üzrə B1 səviyyəsi; İngilis dili bilikləri əlavə üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə MS Excel üzrə yaxşı səviyyə tələb olunur);
  • HR prosesləri və HRM/ERP sistemləri (işə qəbul, kadr uçotu, əmək haqqı, məzuniyyətlər və s.) haqqında ilkin anlayışlara malik olmaq arzuolunandır;
  • Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv çalışma qabiliyyəti;• Məsuliyyətli, intizamlı, dəqiq;
  • Tapşırıqları düzgün prioritetləşdirmək, iş vaxtını və iş prosesini düzgün planlaya bilmək.

Vəzifə öhdəlikləri:

  • İnsan resursları üzrə yeni layihələrin və proseslərin uğurlu başlanması üçün ilkin mərhələdə fəal iştirak və funksional dəstək göstərmək;
  • Şirkətin yeni partnyorları və filialları ilə HR proseslərinə dair tələbləri və mərhələləri dəqiqləşdirmək, gündəlik əməliyyatlarda dəstək vermək;
  • HR proseslərinin 1C  sistemində qurulması üçün texniki komandaya tapşırıqların hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
  • Yeni qurulmuş HR modullarını (işə qəbul, kadr uçotu, əmək haqqı və s.) test etmək, texniki nasazlıqları vaxtında aşkar edib aidiyyəti komandaya bildirmək;
  • 1C-ERP sistemlərinin istifadə qaydaları ilə bağlı təlimat və sənədləri hazırlamaq və mütəmadi olaraq yeniləmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily92
  • Weekly596
  • Monthly1283