Təsvir
- Müştərilərin uçot proseslərinin tam və düzgün şəkildə aparılması, müvafiq nəzarətin təmin edilməsi;
- Mühasibat və vergi hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi;
- Mühasibat və vergi uçotu ilə bağlı konsultasiya xidmətlərinin göstərilməsi;
- Müştərilərə 1C proqramı üzrə texniki dəstək və müşayiət xidmətlərinin təmin edilməsi;
- Müştərilərlə effektiv əməkdaşlığın qurulması və daxili hesabatlılığın aparılması.
İş Şəraiti
- İş yeri: Şirkətin ofisi;
- İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
- Rəqabətli əmək haqqı, vəzifə və əmək haqqı artımı imkanları;
- Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
- Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
- Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
Tələblər
- Ali təhsil dərəcəsi (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya vergi sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycanın vergi və mühasibat uçotu qanunvericiliyinə dair bilikləri praktiki səviyyədə bilməsi;
- 1C proqramı ilə işləmə bacarığı;
- MS Excel ilə işləmə bacarığı;
- Müştəriyönümlü yanaşma və peşəkar ünsiyyət bacarığı;
- İşgüzar yazışma bacarığı;
- Azərbaycan dili — C2, Rus dili — B1 səviyyəsində şifahi və yazılı ünsiyyət bacarığı;
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.