“UĞUR İNDUSTRY” MMC İşə qəbul üzrə kiçik mütəxəssis vakansiyası elan edir:
İşə qəbul üzrə kiçik mütəxəssis
- Müəssisənin adı: “UĞUR İNDUSTRY” MMC
- İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Ali təhsil (İdarəetmə, Sosiologiya,Psixologiya və ya müvafiq sahə);
- Müvafiq sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalı;
- MS Office (Word, Excel) proqramlarını bilməli;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
- İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabilyyəti olmalı;
Əsas vəzifə öhdəlikləri:
- İşə qəbul prosesini həyata keçirmək, işə qəbulun sürətini və keyfiyyətini təmin etmək;
- Potensial namizəd hovuzunu yaratmaq və daima yeniləmək;
- Müxtəlif sosial media platformalarından, həmkar şəbəkələrdən, tövsiyələrən istifadə edərək, potensial namizədləri vakansiyalar üzrə cəlb etmək;
- Müsahibə, test, və namizədlərin seçilməsi prosesini təmin etmək;
- Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və aparmaq;
- Müxtəlif əməkdaşlıq ideyaları irəli sürmək, fərqli universitet və təhsil ocaqları ilə əlaqələr qurmaq;
- Verilənlər bazası, namizəd izləmə və idarə edilməsi sistemləri ilə işləmək;
- İşə götürmə metrikalarını izləmək;
- İşəgötürənin brendinin gücləndirilməsi üçün töhfələr vermək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Təminatlar:
- Əmək haqqı aralığı: 600-900 AZN;
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “İşə qəbul üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.