Vəzifə öhdəlikləri:
- Müvafiq qanunvericiliyin və şirkətin daxili siyasətlərinin tələblərinə uyğun olaraq mühasibat uçotunun düzgün və tam aparılmasını təmin etmək;
- Bank, kassa və digər maliyyə əməliyyatlarının uçotunu aparmaq və onlara nəzarət etmək;
- Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər mühasibat sənədlərini hazırlamaq və yoxlamaq;
- Debitor və kreditor borclarının uçotunu aparmaq
- Vergi bəyannamələrini və dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatları hazırlamaq;
- Əməkhaqqının, məzuniyyət ödənişlərinin, ezamiyyə xərclərinin və işçilərlə bağlı digər ödənişlərin hesablanmasını həyata keçirmək;
- Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və inventarın mühasibat uçotunu aparmaq;
- İdxal və ixrac əməliyyatlarını uçota almaq və malların/xidmətlərin maya dəyərini hesablamaq;
- Maliyyə hesabatlarının (Balans Hesabatı, Mənfəət və Zərər Hesabatı) hazırlanmasında iştirak etmək;
- Vergi orqanlarının və digər dövlət qurumlarının sorğularını cavablandırmaq, müvafiq yazışmaları aparmaq;
- ERP sistemləri, 1C və dövlət elektron portallarında mühasibat əməliyyatlarını həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə ilə bağlı tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili;
- Mühasibat sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək;
- 1C 8.3, ERP sistemləri və Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- ACCA imtahanlarının mövcudluğu üstünlük hesab olunur;
- Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət, dürüstlük və işləri səmərəli şəkildə icra etmək bacarığı;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
İş şəraiti
- İş qrafiki: 09:00-18:00
- İstirahət günləri: Şənbə və bazar
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Vergi Mühasibi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.