Ultra Technologies Ultra Technologies
  • 635

Ultra Technologies

IT

Biznes Analitik (Business Analyst)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznes Analitik (Business Analyst)

  • Deadline 7 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Biznes və texniki tərəfdaşlarla əməkdaşlıq edərək əsas tələblərin düzgün anlaşılmasını təmin etmək;
  • Layihənin strateji hədəflərinə uyğun olaraq biznes və funksional ehtiyacların formalaşdırılması;
  • Müxtəlif formatlarda tələblərin sənədləşdirilməsi (Use Case, User Story, BRD, FRD və s.) və komandalar arasında effektiv ötürülməsi;
  • Cari prosesləri təhlil edərək optimallaşdırma və avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək;
  • Tələblərin dəqiq və ölçülə bilən şəkildə ifadə olunmasını təmin etmək, qəbul meyarlarını müəyyənləşdirmək və test komandası ilə koordinasiyalı işləmək;
  • Dəyişiklik sorğularını qiymətləndirərək layihə komandası ilə birgə uyğun həll yollarını təklif etmək;
  • İnteqrasiya ssenarilərini və sistem məhdudiyyətlərini nəzərə alaraq praktik və texniki əsaslandırılmış təkliflər irəli sürmək;
  • Agile çərçivəsində işləyərək sprintlər üçün istifadəçi hekayələri və qəbul kriteriyalarını hazırlamaq;
  • Proses və struktur diaqramları tərtib etmək üçün müasir vizual alətlərdən (Draw.io, FigJam, Bizagi və s.) istifadə etmək;
  • Məlumat əsaslı qərarverməni təşviq etmək və biznes analizində bu yanaşmanı tətbiq etmək;
  • İstifadəçilərin qəbul testlərində (UAT) iştirak etmək və uyğunluq yoxlamasını dəstəkləmək.

Tələblər:

  • İnformasiya texnologiyaları, biznes analitikası və ya əlaqəli sahə üzrə ali təhsil (bakalavr və ya magistr);
  • Biznes analitikası üzrə azı 3 il iş təcrübəsi, xüsusilə dövlət layihələrində iştirak üstünlükdür;
  • Biznes ehtiyaclarını funksional tələblərə çevirmək və bunu sadə, başadüşülən şəkildə ifadə etmək bacarığı;
  • GAP analizi aparmaq və texniki tapşırıqları sistemli şəkildə hazırlamaq bacarığı;
  • SRS, FRS, Use Case, Acceptance Criteria kimi sənədlərlə işləmək təcrübəsi;
  • SQL sorğularının yazılması və verilənlər bazası ilə işləmə bacarığı;
  • API-lərin prinsipləri, sistem inteqrasiyaları və texniki arxitektura anlayışı;
  • JIRA və Confluence alətləri ilə gündəlik iş təcrübəsi;
  • BPMN çərçivəsində biznes proseslərinin modelləşdirilməsi bacarığı;
  • Agile metodologiyasının tətbiqi və komandada çevik yanaşmalarla işləmək təcrübəsi;
  • Microsoft Visio, Draw.io, Bizagi, Figma və oxşar alətlərdə işləmək bacarığı;
  • BA və ya İT sahəsində beynəlxalq sertifikatlar (CBAP, PMI-PBA, IIBA və s.) əlavə üstünlük sayılır.

Fərdi və peşəkar bacarıqlar:

  • Müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət və əməkdaşlıq qurmaq;
  • Dəqiq analiz, problem həlletmə və tənqidi düşünmə bacarıqları;
  • Mürəkkəb tələbləri aydın və sistemli şəkildə təqdim etmək bacarığı;
  • Tapşırıqlar arasında prioritetləşdirmə və vaxtın düzgün idarə olunması;
  • Komanda daxilində aktiv əməkdaşlıq və nəticə yönümlü yanaşma;

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək 
  • İş yeri: Səməd Vurğun 79B, Ultra Technologies

Müraciət etmək qaydası:

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Biznes analitik” qeyd etmələri xahiş olunur.

  • Daily4
  • Weekly619
  • Monthly737