Tələblər
- Ali təhsil;
- Java Backend Developer vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı;
- Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
- Texniki sənədlərlə işləmə bacarığı;
- Software və System Design üzrə biliklər;
- Clean Code prinsiplərini bilməli və tətbiq edə bilməli;
- Code Review proseslərində iştirak təcrübəsi.
Texniki bilik və bacarıqlar
- Java / J2EE: Core Java, OOP, JSP, Servlet, JDBC;
- Frameworklər: Spring Boot, Hibernate/JPA;
- Verilənlər bazası: Oracle PL/SQL, Stored Procedures;
- API & Web Services: REST, SOAP;
- Version Control & Build Tools: Git, Maven, Gradle;
- Frontend texnologiyaları: HTML, CSS, JavaScript, jQuery üzrə baza bilikləri;
- Test alətləri: JUnit, Mockito.
İş öhdəlikləri
- Java və Spring Boot istifadə etməklə backend tətbiqlərinin hazırlanması və inkişaf etdirilməsi;
- JSP/Servlet əsaslı mövcud tətbiqlərin dəstəklənməsi və təkmilləşdirilməsi;
- REST və SOAP API-lərinin hazırlanması və inteqrasiyası;
- Oracle verilənlər bazası ilə işləmək və PL/SQL vasitəsilə stored procedure-ların hazırlanması;
- Hibernate/JPA vasitəsilə verilənlər bazası inteqrasiyasının həyata keçirilməsi;
- Mövcud kodun təhlili, refaktorinqi və Clean Code prinsiplərinə uyğunlaşdırılması;
- Unit və integration testlərin hazırlanması;
- Code Review proseslərində iştirak etmək;
- Texniki problemləri araşdırmaq və effektiv həllər hazırlamaq;
- Tətbiqlərin performansının və dayanıqlılığının yaxşılaşdırılmasında iştirak etmək;
- Layihələrin texniki tələblərə və müəyyən edilmiş standartlara uyğun şəkildə keyfiyyətli icrasını təmin etmək;
İş şəraiti
- İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00;
- İş yeri: Bakı şəhəri, Səməd Vurğun küçəsi 79B, Ultra Technologies.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.