İş yeri: Time Business Center (Time Tower)
Vəzifə öhdəlikləri:
- Sosial media hesablarından daxil olan müraciətlərin cavablandırılması;
- Sosial media üçün gündəlik Story-lərin hazırlanması və paylaşılması;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Həftəlik və aylıq kontent planlarının tərtib edilməsi;
- Sosial media üçün Reels və digər vizual kontentlərin hazırlanması;
- Əlamətdar günlərə və xüsusi tədbirlərə uyğun postların hazırlanması;
- Şirkətə məxsus veb-saytların və Google Business səhifələrinin idarə olunması və yenilənməsi;
- Kampaniyaların, menyuların, qiymətlərin və fotoşəkillərin yenilənməsi;
- E-mail marketing kampaniyaları üçün dizaynların hazırlanması və göndərilməsi;
- Menyuların dizayn və tərtibatının hazırlanması;
- Kontent çəkilişləri üçün moodboard və kreativ nümunələrin hazırlanması;
- Müxtəlif təqdimatların (prezentasiyaların) hazırlanması.
Tələblər:
- Marketinq sahəsində müvafiq iş təcrübəsi mütləqdir;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Sosial media və rəqəmsal marketinq sahəsində bilik və təcrübə;
- Kreativ düşüncə və güclü vizual zövq;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- 5 günlük iş rejimi (09:00-18:00)
- Əmək haqqı: 800-1000 AZN (Əməkhaqqı namizədin iş təcrübəsi və bilik səviyyəsindən asılı olaraq müəyyən ediləcək)
CV-nizi mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin