Şirkət haqqında
Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Tətbiq, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir.
Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.
Vəzifə öhdəlikləri:
- Müxtəlif kommunikasiya kanallarında (telefon, whatsapp, telegram, mail, facebook və s.) Umico marketdə mal və məhsul kateqoriyaları üzrə müştəri konsultasiyalarının həyata keçirilməsi.
- Mövcud məlumat bazasına gedən zənglər və müştəri üçün müvafiq malların satışı (Telemarketinq)
- Müştərilərin şirkətin xidmətləri və innovativ layihələri haqqında məlumatlandırılması
- CRM sistemində zənglərin qeydiyyatı
- Umico Market məhsulları üzrə konsultasiya məqsədilə müştərilərdən daxil olan zənglərin qəbulu
- Mütəxəssisin fəallığı və müştərilərin çətin vəziyyətlərini nəzərdən keçirmək, həll etmək və onlar üçün həll yolları tapmaq bacarığı
Namizədlər üçün tələblər:
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti
- Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə
- Ofis proqramlarını bilmək
- Komandada işləmək bacarığı
- İşgüzar yazışmalarda yaxşı qrammatika və ünsiyyət bacarıqları
- Səlis, aydın və intonasiya ilə danışmaq bacarığı
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı
- Əmtəə maddələrinin təfərrüatlarını və təsvirlərini satmaq və başa düşmək bacarığı
Şərtlər :
- Əmək haqqı - 700 azn (350 fiks + 350 bonus)
- İş rejimi - Növbəli iş qrafiki - 5/2
- Iş yeri – Qafqaz Biznes Mərkəzi
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni " Çağrı mərkəzi üzrə operator " mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.