Umico (Competo MMC) Umico (Competo MMC)
  • 687

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis

  • Deadline 10 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri:

  • Müəssisənin sex, şöbə və digər qurumlarında qüvvədə olan qanunvericilik aktlarının, təlimatlarının, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə norma və qaydaların, istehsalat sanitariyasının və gigiyenasının, ətraf mühitin mühafizəsinin təmin edilməsi və bu sahə üzrə tələbələrin yerinə yetirilməsinə nəzarət.
  • İşçilərin sağlamlığının möhkəmləndirilməsi və yaxşılaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması.
  • İşyerlərində əmək şəraitinin vəziyyətinin, avadanlıq və dəzgahların qoruyucu və digər müdafiə vasitələrinin vəziyyətinin öyrənilməsi, aşkar edilən pozuntuların aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi.
  • İstismar olunan avadanlıqların texniki vəziyyəti və təhlükəsizlik texnikası tələblərinə uyğunluğunun müəyyən olunması tədbirlərində iştirak edilməsi.
  • İş yerlərində normal əmək şəraitinin yaradılması üzrə tədbirlər görmək.
  • İstehsalata yeni tətbiq olunan avadanlıq, dəzgah və texnoloji proseslərin tətbiqində və onların istismara buraxılmasında iştirak etmək.
  • İşçilərin peşələrinə müvafiq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlar işləyib hazırlamaq və müəssisə rəhbərinə təqdim etmək.
  • Yeni qəbul olan işçilərlə və müəssisəyə gələn qonaqlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlar keçmək və müvafiq jurnallarda qeydiyyat aparmaq.
  • Kollektiv müqavilənin əməyin mühafizəsi bölməsinin layihəsinin hazırlanmasında iştirak etmək.
  • İstehsalatda baş verən bədbəxt hadisələrin və peşə xəstəliklərinin araşdırılmasında, baş vermə səbəblərinin və aradan qaldırılma tədbirlərinin müəyyən edilməsində iştirak etmək.
  • Xüsusi geyimlərə, qoruyucu qurğulara və vasitələrə olan tələbatların düzgün müəyyən edilməsinə nəzarət etmək.
  • Müvafiq icra hakimiyyəti orqanlarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə hesabları tərtib edib vaxtında təhvil vermək.

Əsas Tələblər:

  • Ali texniki təhsil və mühəndis vəzifəsinə 3 ildən az olmayaraq əmək stajı.
  • Kompüter bilikləri: Word, Excel, PowerPoint.
  • Təhsil: Bakalavr dərəcəsi.
  • Dillər: Azərbaycan, Rus, İngilis dilləri sərbəst. 

İş şəraiti:

  • İş saatları: Tam iş günü 09:00-18:00, 5/2 ofis rejimi, Bakı şəhərində.
  • Əmək haqqı: Namizədin təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
  • Ünvan: Ü.Hacıbəyov küç. 57, Azinko Binası.
  • Daily0
  • Weekly534
  • Monthly1146