Umico (Competo MMC) Umico (Competo MMC)
  • 2.1K
Umico (Competo MMC)

Umico (Competo MMC)

Maliyyə xidmətləri

Kassir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kassir

  • Deadline 30 Sentyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət haqqında
Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Marketpleys, loyallıq proqramı və maliyyə xidmətləri bir tətbiqdə. O, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir. Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.
Vəzifə öhdəlikləri:

  • Gündəlik kassa kitabının uçotunu aparmaq və kassa əməliyyatlarının aparılması qaydasına uyğun olaraq ilkin kassa sənədlərini hazırlamaq.
  • Kassada mövcud olan pulun mühafizəsini təmin etmək.
  • Kassaya nağd pul mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək.
  • Nağd pul gəlirlərini banka inkassasiya etmək.
  • Satış və geri qaytarma kassa çeklərin düzgün çap olunmasına və Z Hesabatda məlumatların düzgün əks olunmasına nəzarət etmək.
  • POS-terminal çeklərini və kassa təhvil-təslim aktlarını yoxlamaq və yığıb mühafizə etmək.
  • Gündəlik cari gün üçün əməliyyatların nəticələrini yekunlaşdırmaq, vəsait qalıqlarını hesablamaq, mühasibat sisteminə məlumat daxil etmək, daxil edilmiş məlumatların düzgünlüyünü təmin etmək və rəhbərliyə hesabat vermək.
  • Mühasibatlıq sənədlərini yoxlamaq və mühasibat sisteminə daxil etmək, fərqləri araşdırmaq, izləmək və aradan qaldırmaq.

Namizədə tələblər:

  • Baş kassir vəzifəsi üzrə iş təcrübəsi arzuolunandır.
  • İqtisadi sahə üzrə ali təhsil arzuolunandır.
  • Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı olmalıdır
  • 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalı;
  • Azərbaycan, dilini mükəmməl bilməli, rus dili arzuolunandır
  • İşi planlaşdırmaq və təşkil etmək bacarığı
  • Vaxtın idarə edilməsi və komandada işləmək üzrə yüksək bacarıqlar

Şərtlər :

  • İş rejimi: 2/2
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş yeri : Koroğlu metrosu Anbarım logistika mərkəzi

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Kassir" mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

  • Daily0
  • Weekly543
  • Monthly2387