Umico (Competo MMC) Umico (Competo MMC)
  • 747

Korporativ Katib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Katib

  • Deadline 10 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas Tələblər:

  • Biznesin İdarəedilməsi, Hüquq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi.
  • Korporativ idarəetmə və ya oxşar sahələrdə ən azı 1 il təcrübə.
  • Güclü təşkilatçılıq və inzibati bacarıqlar, bir neçə tapşırığı eyni anda idarə etmək qabiliyyəti.
  • Görüşlərin protokollarını düzgün şəkildə hazırlamaq, hesabat vermək və onların vəziyyətini izləmək.
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları.
  • MS Office proqramları üzrə peşəkar biliklər və sənəd idarəetmə sistemləri ilə təcrübə.
  • Yuxarı səviyyə rəhbərlik və müxtəlif maraqlı tərəflərlə effektiv işləmə bacarığı.
  • Vaxtın səmərəli idarə edilməsi.
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq və yazı bacarığı.

Vəzifə Öhdəlikləri:

  • Şirkət sənədlərinin qeydiyyatının aparılması.
  • Şirkətin daxili qaydalarının idarə edilməsi: Şirkətin əsas tənzimləyici sənədlərinin (nizamnamələr, siyasətlər, prosedurlar və s.) qeydiyyatının aparılması.
  • Şirkətin korporativ idarəetmə standartlarına, aktlara, daxili qaydalara və digər müvafiq siyasətlərə uyğunluğunu təmin etmək.
  • Görüşlərin koordinasiyası.
  • Hüquqi sənədlərin idarə olunmasına dəstək.
  • Rəhbərliyin görüşlərində yaranan tapşırıqların izlənməsi və müvafiq tərəflərlə müntəzəm olaraq əlaqə qurulması.

İş şəraiti:

  • İş saatları: Tam iş günü, 5/2 ofis rejimi, Bakı şəhərində.
  • Əmək haqqı: Namizədin təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
  • Ünvan: Ü.Hacıbəyov küç. 57, Azinko Binası.

Vakansiyaya müraciət etmək istəyirsinizsə, “Korporativ Katib" mövzu başlığını qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily144
  • Weekly463
  • Monthly1982