İş rejimi: Tam ştat
Departament: Marketinq, Promo istiqaməti
Öhdəlikləriniz nələr olacaq:
- Biznes hədəflərinə çatmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə promo strategiyaların və kampaniya mexanikalarının hazırlanması;
- Platforma üzərindən promo kampaniyalarının qurulması, başladılması və müşayiət olunması;
- Partnyor promo kampaniyalarının başladılması və idarə olunması;
- Keçirilmiş kampaniyaların dərin analitikası və effektivliyinin qiymətləndirilməsi, nəticələrin və tövsiyələrin hazırlanması;
- CVM, media planlaşdırma və performance komandaları ilə sıx əməkdaşlıq, yerləşdirmə planlarının hazırlanması və icrasında iştirak;
- IT komandası ilə qarşılıqlı iş: texniki tələblərin formalaşdırılması, bug-ların aşkar edilməsi və təsviri, təkmilləşdirmələrin nəzarəti;
- Platformada promo mexanikalarının düzgün tətbiqinə nəzarət, mütəmadi audit və testlərin keçirilməsi.
Bizim üçün vacibdir:
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi (e-commerce, retail və ya digital sahəsində olması üstünlükdür);
- Marketinq fəaliyyətlərinin effektivliyini qiymətləndirmə metrikaları və alətləri üzrə biliklər;
- Müxtəlif biznes hədəflərinə (gəlir artımı, aktivləşdirmə, saxlanma və s.) uyğun kampaniya mexanikalarının yaradılması bacarığı;
- Biznes tələblərinin formalaşdırılması, sistemli düşüncə və texniki komandalarla işləmək bacarığı;
- Yaxşı kommunikasiya bacarığı, təşəbbüskarlıq, detallara diqqət və dinamik mühitdə işləmə qabiliyyəti;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı.
Müraciət etməyə tələsin – biz sizi komandamızda görməkdən məmnun olarıq!