Vəzifə öhdəlikləri:
- Elektron qaimə, hesab-fakturaların, aktların hazırlanması və göndərilməsi;
- Gündəlik mühasibatlıq əməliyyatlarının uçotu;
- Uçot üzrə bütün əməliyyatların 1C(8.3) proqramına işlənilməsi;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
- Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması.
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə);
- Müvafiq sahə üzrə 2 il təcrübə;
- 21-30 yaş aralığı
- Elektron portallar ilə işləmə bacarığı;
- Azərbaycan dili səlis, İngilis və rus dili arzuolunandır;
- MS Excel və 1C 8.3 Proqramında işləmə təcrübəsi;
Şərtlər:
- Əmək haqqı – Müsahibə əsasında təyin olacaq
- İş rejimi - 5/2
- Iş yeri – Üzeyir Hacibəyli 57
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Mühasib" mövzu hissəsində qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçtuna göndərsinlər.