Vəzifə öhdəlikləri:
- Müştərilərdən daxil olan sual və müraciətləri operativ şəkildə qiymətləndirərək düzgün həll yolları təqdim etmək və müştəri məmnuniyyətini təmin etmək
- Facebook, Instagram, çat, e-mail və digər platformalar vasitəsilə daxil olan müştəri müraciətlərini operativ cavablandırmaq, düzgün və tam məlumat təqdim etmək
- Müştərilərə təqdim olunan xidmət və məhsullar barədə ətraflı və aydın məlumat vermək, onların düzgün qərar verməsinə dəstək olmaq
- Cari kampaniyalar, endirimlər və xüsusi təkliflər barədə müştərilərə ətraflı məlumat vermək və onların bu fürsətlərdən faydalanmasına yardımçı olmaq.
- Daxili kredit, hissəli ödəniş və digər ödəniş mexanizmləri barədə müştəriləri məlumatlandırmaq və bu proseslərdə dəstək olmaq
- Müştəri şikayətlərinin qeydə alınması və lazımi şöbələrə yönləndirilməsi
Tələblər:
- Müştəri xidmətləri, çağrı mərkəzi və ya onlayn dəstək sahəsində ən azı 1 il iş təcrübəsi
- Yazılı ünsiyyət kanalları (live chat, e-mail, sosial media və s.) vasitəsilə müştəri dəstəyi təqdim etməkdə praktiki təcrübə
- Müştəri yönümlü yanaşma və yüksək xidmət standartlarını tətbiq etmək bacarığı
- Yüksək iş tempi və dəyişkən mühitdə işləmək bacarığı
- Komanda ilə effektiv əməkdaşlıq və məsuliyyətli yanaşma
- CRM sistemləri, ticketing platformaları və ya digər dəstək alətləri ilə işləmə təcrübəsi üstünlük sayılır
- Müştəri ilə yazılı ünsiyyətdə nəzakətli, aydın və peşəkar yanaşma
- Azərbaycan və rus dillərində sərbəst yazılı ünsiyyət (ingilis dili üstünlükdür)
- Müraciətləri düzgün anlama və operativ cavablandırma bacarığı
- Paralel bir neçə sorğunu cavablandırmaq və diqqəti qoruma bacarığı
- Performans göstəricilərinə (CSAT, SLA, AHT və s.) uyğun işləmək vərdişi
- Word və Excel proqram biliyi
- Azərbaycan və Rus dili biliyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.