Umico (Competo MMC) Umico (Competo MMC)
  • 813

Rəqəmsal Marketinq Mütəxəssisi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Rəqəmsal Marketinq Mütəxəssisi

  • Deadline 21 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihə haqqında:

"Dükan" layihəsi Umico-nun bir hissəsidir və ərzaq məhsullarının onlayn alışı və çatdırılması xidmətidir. Bizim məqsədimiz — müştərilərə internet vasitəsilə ərzaq məhsullarının alış-verişini rahat və əlçatan etmək, geniş məhsul çeşidliliyini təklif edərək onların qapınıza qədər çatdırılmasını təmin etməkdir.

Holdinq strukturu:

Umico, müxtəlif layihələr və təşəbbüsləri həyata keçirən ən böyük holdinqlərdən biri olan Pasha Holding tərkibinə daxildir. Bu holdinq çərçivəsində, Umico maliyyə və pərakəndə xidmətlər sahəsində innovativ həllərin işlənib hazırlanması və tətbiqi ilə məşğuldur, "Dükan" layihəsi isə alıcılar üçün yeni imkanlar açaraq maksimum rahatlıq və effektivliyi hədəfləyir.

İşin təsviri:

  • Onlayn qida mağazasının təşviqi üçün hazırlanmış kommunikasiya strategiyasının həyata keçirilməsi; 
  • Marketinq təşəbbüslərinin əlaqələndirilməsi və dəstəklənməsi - mövsümi kampaniyalar, həftəlik endirimlər, Promo və layihə komandaları arasında kommunikasiyalar, SMM, məzmun, əməliyyatlar;
  • Sosial media, kommunikasiya mesajları və e-poçt göndərişləri daxil olmaqla müxtəlif rəqəmsal platformalar üçün məzmuna diqqət çəkmək üçün strategiya hazırlanması;
  • Daxili alətlərdən (CRM, Meta Ads meneceri və s.) istifadə etməklə kommunikasiya strategiyasının idarə edilməsi və koordinasiyası, ödənişli reklamların fərdiləşdirilməsi;
  • Effektivliyin və xərclərin səmərəliliyinin artırılmasının təmin edilməsi üçün məlumatların təhlilindən (Lookerstudio) istifadə edərək marketinq kampaniyasının gedişatına və nəticələrinə nəzarət edilməsi;
  • Pilot layihənin ümumi məqsədlərinə uyğun gələn marketinq strategiyasının təmin edilməsi üçün məhsul inkişafı, əməliyyatlar və analitika qrupları ilə sıx əməkdaşlıq.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Rəqəmsal marketinq, e-ticarət və ya onlayn pərakəndə satış sektoru üzrə yaxşı biliklər;
  • Rəqəmsal marketinq kanalları və alətləri haqqında anlayışın olması;
  • SEO/SEM, sosial media platformaları, Google Analytics bilikləri;
  • E-poçt marketinq proqramı üzrə anlayışının olması.;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur.

CV e-mail ünvanına göndərilməlidir;

Mövzu sətrində “Dükan Daxilində Rəqəmsal Marketinq Mütəxəssisi” qeyd olunmalıdır;

CV-lər 20 may 2024-cü il tarixinə qədər göndərilməlidir.

  • Günlük5
  • Həftəlik626
  • Aylıq367