Vəzifə öhdəlikləri:
- Logistika istiqaməti üzrə (daşıma xidmətləri, anbar avadanlıqları, qablaşdırma materialları və əlaqəli logistika xidmətləri daxil olmaqla) satınalma fəaliyyətinin tam dövrünü həyata keçirmək.
- Rəqabətli prosedurların (tenderlərin) hazırlanması və keçirilməsi, kommersiya təkliflərinin təhlili və optimal təchizatçıların seçilməsi.
- Logistika həlləri bazarının təhlili və yerli və beynəlxalq səviyyədə effektiv təchizatçıların müəyyən edilməsi.
- Təchizatçılar və logistika xidmət təminatçıları ilə korporativ standartlara uyğun müqavilələrin hazırlanması və danışıqların aparılması.
- Satınalmaların səmərəli həyata keçirilməsi məqsədilə daxili struktur bölmələrlə (logistika, anbar, maliyyə, hüquq) qarşılıqlı əlaqənin təmin edilməsi.
- Müqavilə öhdəliklərinin, təchizat müddətlərinin və təqdim olunan xidmətlərin keyfiyyətinin müəyyən olunmuş şərtlərə uyğunluğunun nəzarətdə saxlanılması.
- Təsdiqlənmiş büdcəyə riayət olunması və logistika üzrə satınalma xərclərinə nəzarət.
- Satınalma sənədlərinin idarə olunması və informasiya sistemlərində (1C, SAP, SharePoint və s.) işləmək.
- Anbar avadanlıqlarının satınalınması:
rəf sistemləri, anbar texnikası, arabalar, mobil mexanizmlər və konveyerlər - Anbar üçün IT avadanlıqları:
skanerlər, printerlər, terminal cihazları və əlaqəli texnika - Anbar proseslərinin avtomatlaşdırılması
- Qablaşdırma materialları:
qutular, paketlər, etiketlər və digər sərfiyyat materialları - Təchizatla bağlı logistika, anbar və IT komandaları ilə koordinasiya
Namizədə dair tələblər:
- Ali təhsil (logistika, iqtisadiyyat, təchizat zəncirinin idarə olunması və ya əlaqəli sahələr üzrə arzuolunandır).
- Logistika xidmətləri və/və ya avadanlıqlarının satınalması sahəsində azı 2–3 il iş təcrübəsi.
- Logistika prosesləri, təchizat strukturu və yerli və beynəlxalq təchizatçılarla iş xüsusiyyətləri barədə biliklər.
- Danışıqlar aparmaq, müqavilələri hazırlamaq və razılaşdırmaq bacarıqları.
- Tender prosedurları, təkliflərin analizi və satınalma sənədlərinin hazırlanması üzrə təcrübə.
- MS Excel və Word proqramlarında sərbəst işləmək bacarığı; ERP sistemlərində (1C, SAP) təcrübə üstünlükdür.
- Məsuliyyətlilik, analitik düşüncə, nəticəyə yönəliklik və komandada effektiv işləmək bacarığı.
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili arzuolunandır
İş şəraiti:
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən müəyyən olunacaq.
- Ünvan: Kamil Balakişiyev 5 (Anbarım)
- İş rejimi: 5/2 09:00-18:00
Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiya üzrə cv-lər “Satınalma üzrə Mütəxəssis – Avadanlıq və Qablaşdırma” sözü qeyd edilməklə elektron poçt adresinə göndərməyiniz xahiş olunur.