Umico (Competo MMC) Umico (Competo MMC)
  • 536

Satınalma üzrə Mütəxəssis – Xidmətlər və Uniformа

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə Mütəxəssis – Xidmətlər və Uniformа

  • Deadline 11 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Logistika istiqaməti üzrə (daşıma xidmətləri, anbar avadanlıqları, qablaşdırma materialları və əlaqəli logistika xidmətləri daxil olmaqla) satınalma fəaliyyətinin tam dövrünü həyata keçirmək.
  • Rəqabətli prosedurların (tenderlərin) hazırlanması və keçirilməsi, kommersiya təkliflərinin təhlili və optimal təchizatçıların seçilməsi.
  • Logistika həlləri bazarının təhlili və yerli və beynəlxalq səviyyədə effektiv təchizatçıların müəyyən edilməsi.
  • Təchizatçılar və logistika xidmət təminatçıları ilə korporativ standartlara uyğun müqavilələrin hazırlanması və danışıqların aparılması.
  • Satınalmaların səmərəli həyata keçirilməsi məqsədilə daxili struktur bölmələrlə (logistika, anbar, maliyyə, hüquq) qarşılıqlı əlaqənin təmin edilməsi.
  • Müqavilə öhdəliklərinin, təchizat müddətlərinin və təqdim olunan xidmətlərin keyfiyyətinin müəyyən olunmuş şərtlərə uyğunluğunun nəzarətdə saxlanılması.
  • Təsdiqlənmiş büdcəyə riayət olunması və logistika üzrə satınalma xərclərinə nəzarət.
  • Satınalma sənədlərinin idarə olunması və informasiya sistemlərində (1C, SAP,SharePoint və s.) işləmək.
  • Formalaşdırılmış geyim və ekipirovkanın satınalınması:
    kuryerlər, anbar işçiləri və çatdırılma məntəqələrinin əməkdaşları üçün
  • Logistika xidmətləri:
    təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətləri
  • Mühafizə xidmətləri:
    özəl mühafizə şirkətləri ilə əməkdaşlıq və obyektlərin mühafizəsinin təşkili
  • Kiçik təmir və texniki xidmətlərin satınalınması
  • HSE, inzibati komanda və xidmət bölmələri ilə koordinasiya

Namizədə dair tələblər:

  • Ali təhsil (logistika, iqtisadiyyat, təchizat zəncirinin idarə olunması və ya əlaqəli sahələr üzrə arzuolunandır).
  • Logistika xidmətləri və/və ya avadanlıqlarının satınalması sahəsində azı 2–3 il iş təcrübəsi.
  • Logistika prosesləri, təchizat strukturu və yerli və beynəlxalq təchizatçılarla iş xüsusiyyətləri barədə biliklər.
  • Danışıqlar aparmaq, müqavilələri hazırlamaq və razılaşdırmaq bacarıqları.
  • Tender prosedurları, təkliflərin analizi və satınalma sənədlərinin hazırlanması üzrə təcrübə.
  • MS Excel və Word proqramlarında sərbəst işləmək bacarığı; ERP sistemlərində (1C, SAP) təcrübə üstünlükdür.
  • Məsuliyyətlilik, analitik düşüncə, nəticəyə yönəliklik və komandada effektiv işləmək bacarığı.
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili arzuolunandır.

İş şəraiti:

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən müəyyən olunacaq.
  • Ünvan: Kamil Balakişiyev 5 (Anbarım)
  • İş rejimi:  5/2   09:00-18:00

Maraqlanan şəxslər qeyd tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiya üzrə cv-lər “Satınalma üzrə Mütəxəssis – Xidmətlər və Uniformа” sözü qeyd edilməklə elektron poçt adresinə göndərməyiniz xahiş olunur.

  • Daily9
  • Weekly616
  • Monthly1101