Təsvir
- Bank tərəfindən təqdim olunan kredit məhsulları və xidmət növləri üzrə əməliyyatları həyata keçirmək və verilmiş kredit məhsullarının qaydalara uyğunluğunun yoxlanılıb imzalanmasını təmin etmək;
- Hesablar üzrə müvafiq sənədlərin verilməsini təmin etmək;
- Potensial müştərilərlə çarpaz satışların keçirilməsini təmin etmək və nəzarət etmək;
- Bütün növ pərakəndə kredit məhsullarının satışını universal formada həyata keçirmək və əməkdaşlar tərəfindən icrasına nəzarət etmək;
- Verilmiş kredit üzrə sənədlərin əməkdaşlardan toplanmasına nəzarət etmək, müvafiq sistem ilə üzləşdirmək və müvafiq strukturlara təhvil vermək;
- Filiala daxil olan sorğuları araşdırmaq, müştərilərdə yaranmış problemi öz səlahiyyətləri daxilində həll etmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları və əməliyyatları yerinə yetirmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr təhsili;
- Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi.
- Kompüterdən əla səviyyədə istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel, Outlook));
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis və Rus dilləri üzrə bilik arzuolunandır ;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Fəaliyyətin zəif tərəfini aşkarlamaq qabiliyyəti;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.