Vəzifə öhdəlikləri
- Cəmiyyətin server və şəbəkə infrastrukturunu quraşdırılmasını, konfiqurasiya edilməsini və fasiləsiz işləməsini təmin etmək;
- Server‑xidmətlərdə və şəbəkə avadanlıqlarında baş verən nasazlıqları proaktiv monitorinq etmək, diaqnostika aparmaq və operativ həll etməsində dəstək göstərmək; zərurət olduqda məsələni aidiyyatı funksiyalara yönəltmək - DB admin, NetAdmin, SysAdmin, Infosec və ya IT komandalarına eskalasiya etmək və icrası üzərində nəzarəti saxlamaq;
- Biznes‑kritik xidmətlərdə yaranan texniki xətaları təhlil etmək, vendor və dəstək komandaları ilə koordinasiyalı şəkildə problemi aradan qaldırmaq;
- Backup strategiyası, load‑balancing, fayl serveri, virtualizasiya və digər əsas xidmətlərin dizaynı, test edilməsi, dayanıqlı və təhlükəsiz istismarını təmin etmək; bərpa ssenarilərini mütəmadi sınaqdan keçirmək;
- Cəmiyyətin əməkdaşlarının İT sorğularını (avadanlıq, qoşulma, printer/skaner, proqram təminatı və s.) vaxtında qəbulu, prioritetləşdirilməsi və həlli; istifadəçi məmnuniyyətinin təmin edilməsi;
- İT avadanlıqlarının (notbuk, PC, monitor, dock‑stansiya, periferiya və s.) tam inventarizasiyasını aparmaq, təhvil‑təslim aktlarını və seriya nömrələrini elektron sistemdə aktual saxlamaq;
- İnformasiya təhlükəsizliyi siyasətlərini (Acceptable Use, Clean Desk, Phishing Awareness, Remote Work və s.) tətbiq edilməsində dəstək göstərmək;
- Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün giriş icazələrini idarə etmək, logların, antivirus və EDR həllərinin monitorinqini aparmaq, risklərin vaxtında aşkar olunmasını və aradan qaldırılmasını təmin etmək;
- Şirkətin texnoloji ehtiyaclarını analiz etmək, yeni avadanlıq və proqram təminatı üzrə bazar araşdırmaları aparmaq, optimal qiymət‑keyfiyyət balansını seçmək və satınalma prosesini idarə etmək;
- Bütün İT dəyişiklikləri, hadisələr və aktivlər üzrə sənədləşmə, prosedur və təlimatları hazırlamaq, mütəmadi yeniləmək və audit tələblərinə uyğunluğunu təmin etmək;
- Elektron ticarət və digər yeni məhsul/xidmət layihələrində İT tərəfdən iştirak etmək, pilot testləri dəstəkləmək, sistemlərin dayanıqlığını və SLA/KPI göstəricilərini izləmək, rəhbərliyə dövri hesabatlar təqdim etmək;
- Kommersiya sirrinin qorunmasına riayət edilmək;
- Bilavasitə ona təhkim edilmiş Cəmiyyətə aid mülkiyyəti qorunmaq və lazımi səviyyədə saxlanılmasını təmin etmək;
- Xidmət keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərliyə baxılması üçün təqdim etmək;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
- Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Vəzifə üzrə tələblər
- İT, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil;
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Şəbəkə və server idarəçiliyi, sistem təhlükəsizliyi və proqramlaşdırma sahələrində təcrübə;
- Şəbəkə qurğuları, sistemlər və serverlər haqqında dərin biliklər.
- Windows, Linux və digər əməliyyat sistemləri ilə təcrübə;
- Şəbəkə təhlükəsizliyi və şifrələmə protokolları haqqında biliklər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.