Unicapital Unicapital
  • 293

Junior Digital Marketing Specialist

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Junior Digital Marketing Specialist

  • Deadline 22 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin və xidmətlərinin rəqəmsal marketinq planlarının, fəaliyyətlərinin həmçinin kampaniyalarının hazırlanması və icrasını təmin etmək;
  • Kampaniyaların həmçinin digər rəqəmsal marketing fəaliyyətlərinin effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və optimizasiya edərək təkmilləşdirmək;
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentlərinin və kanalların effektivliyini təhlil etmək;
  • Rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google advertising, Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq və.s) şirkətin brendi və məhsullarının potensial hədəf kütləyə çatdırılmasını və reklamların yayımlanmasını həmçinin optimizasiyasını təmin etmək;
  • Rəqiblərin rəqəmsal və biznes fəaliyyətlərinin analizi həmçinin hipotezlərin formalaşdırılması;
  • Content Writer ilə birgə çalışaraq veb saytların SEO friendly olmasını təmin etmək;
  • Komanda ilə birgə çalışaraq marketing fəaliyyətlərinin rəqəmsal istiqamətlərdə düzgün tətbiqi və adaptasiyasını təmin etmək;
  • Veb saytların Technical, On-Page və Off-Page SEO işlərini icra etmək;
  • Rəqəmsal marketinq istiqaməti ilə bağlı vendorlarla mütəmadi əlaqədə olmaq;
  • Marketinq və Rəqəmsal trendlərin izlənilməsi həmçinin onların tətbiqi ilə bağlı təkliflər və təşəbbüslər hazırlayıb irəli sürmək;
  • Kampaniyalar, məhsul və xidmətlərlə bağlı kreativ ideya və məzmunların hazırlanmasında iştirak etmək;
  • İcra edilən fəaliyyətlər və onların nəticəsi haqqında hesabatlar hazırlayıb təqdim etmək;
  • Satış komandası və biznes istiqamətləri üzrə sıx kommunikasiyada olmaq;

Namizədə dair tələblər:

  • Rəqəmsal marketinq üzrə ən az 1 il iş təcrübəsi;
  • Marketinq, Biznes və ya maliyyə ixtisası üzrə təhsil;
  • Azərbaycan dilində şifahi və yazılı olmaqla yüksək ünsiyyət qura bilmə bacarığı;
  • İngilis dili biliyi;
  • Marketinqin əsasları ilə bağlı əsaslı biliklərə sahib olmaq;
  • Rəqəmsal marketinq kanalları üzrə fundamental biliklər və real təcrübəyə sahib olmaq (Display/Video/Mobile/Programmatic Advertising, SMM, SEO/SEM, Content, Email, SMS və Influencer marketing, Branding, Web Design və s.).
  • Rəqəmsal marketing alətlərindən və platformalarından istifadə etməyi bacarmaq;
  • Süni intellekt alətlərindən istifadə bacarığına sahib olmaq;
  • UX/UI optimizasiyası üzrə fundamental bilik və təcrübəyə sahib olmaq;
  • Veb sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq; 
  • Analitik düşüncəyə həmçinin analiz və araşdırma bacarıqlarına sahib olmaq;

Üstünlüklər:

  • Data-driven marketing yanaşması və məhsul metrikləri ilə işləmə bacarığı;
  • İnvestisiya, FinTech, bank və ya maliyyə sahəsində təcrübə;
  • Proqramlaşdırma və Kodlaşdırmaya dair fundamental biliklərə sahib olmaq;
  • Beynəlxalq sertifikatlara sahib olmaq;

İş barədə məlumat:

  • İş vaxtı: I-V günlər, saat 09:00-18:00;
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən, müsahibə əsnasında müəyyən ediləcək.
  • Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza Biznes Mərkəzi, 10-cu mərtəbə.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly505
  • Monthly1937