U Unicapital
  • 404

Portfel idarəçiliyi şöbəsinin aparıcı mütəxəssisi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Portfel idarəçiliyi şöbəsinin aparıcı mütəxəssisi

  • Deadline 25 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlili aparmaq;
  • Fəaliyyət istiqaməti üzrə effektiv gəlirliliyi formalaşdırmaq;
  • Yeni növ məhsulların/xidmətlərin inkişafında və tətbiqində iştirak etmək, mövcud məhsulları/xidmətləri təkmilləşdirmək, müxtəlif analitik-informativ məhsulların yaradılmasında iştirak etmək;
  • Şirkətin müştərilərinə xidmət üçün nəzərdə tutulmuş tərəf  müqabilləri ilə birbaşa qarşılıqlı əlaqədə olmaqla xidmətin keyfiyyətini və müştəri məmnuniyyətini təmin etmək;
  • Şirkətə potensial müştərilərin cəlb olunması üçün lazımi tədbirlər planını işləyib hazırlamaq və tətbiq etmək;
  • Şirkət  tərəfindən  müştərilərə göstərilən xidmət səviyyəsinin cari vəziyyətini və həmçinin prosedurlara uyğun olmayan mümkün pozuntuları aşkar etmək məqsədilə öz səlahiyyətləri daxilində və ya rəhbərliyin göstərişi ilə nəzarət xarakterli tədbirləri həyata keçirmək;
  • Şirkətin müştərilərə xidmət səviyyəsini təkmilləşdirmək məqsədilə təkliflər hazırlamaq və təqdim etmək;
  • Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul edilməsi və icrası işini təşkil etmək, ona nəzarət etmək;
  • Səlahiyyətləri çərçivəsində müştəri sorğularını cavablandırmaq;
  • Müştərilərin məlumatlandırılmasını təmin etmək, zəruri hallarda onların cəlbi istiqamətində danışıqlar aparmaq, görüşlər keçirmək;
  • Strateji hədəfləmələr məqsədilə Şirkətin struktur bölmələrinə sorğular göndərərək hədəfləmənin aparılmasını təmin etmək;
  • Şirkətin strateji hədəflərinin icra vəziyyətinə dair periodik monitorinqini həyata keçirmək.

Vəzifə üzrə tələblər:

  • Ali Təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat );
  • CFA üzrə hər hansı bir nailiyyətin olması üstünlükdür;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Qiymətli kağızlar, törəmə maliyyə alətləri üzrə biliklər;
  • Portfelin qurulması və portfel idarəçiliyi üzrə biliklər;
  • Danışıqlar aparmaq və ünsiyyət qura bilmək bacarığı
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis dili B2 (Upper intermediate) və daha yuxarı;
  • Microsoft Office proqramlarını sərbəst istifadə etmək bacarığı;
  • Günlük0
  • Həftəlik622
  • Aylıq363