Planlama üzrə mühəndis

  • Deadline 8 Oktyabr 2026

Vəzifə öhdəlikləri

  • Tikinti layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
  • Müvafiq layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
  • Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
  • Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
  • Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
  • İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
  • Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
  • Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
  • İrəliləmə histoqramlarının tərtib edilməsi;
  • Gecikmələrin proqnozlaşdırılmasının həyata keçirilməsi.

Namizədə tələblər

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Tikinti sahəsində planlama üzrə ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləmək;
  • MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli; 
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilmək;
  • İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları;
  • Ən az bir tikinti layihəsi başlanğıcından sonuna qədər planlanması və izlənilməsində iştirak etmək, iş ardıcıllıqlarını bilmək, işçi əmək tutum norma və standartlarını bilmək;
  • Azərbaycan dili (mütləq), İngilis və ya Rus dili bilikləri (arzuolunandır/ layihədən asılı olaraq).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily79
  • Weekly223
  • Monthly704