Qaynaqçı

  • Deadline 1 September 2025

Vəzifə təlimatı:

  • İşə başlamadan öncə qaynaq aparatlarının, aqreqatlarının sazlığını və qaynaq məftillərinin izolyasiya olunmasını yoxlamaq;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • Elektrik və qaz qaynağı aparatlarını işə hazır vəziyyətə gətirmək;
  • Elektrik və qaz qaynağı işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək;
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmaq;
  • Günlük iş planına və qaynaq proseduruna uyğun olaraq qaynaq etmək;
  • Qaynaq üçün istifadə ediləcək materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq.
  • İşləri plana uyğun şəkildə digər işə cəlb olunanlar ilə və ya işlə əlaqəli şəxslərin iştirakı ilə həyata keçirmək;
  • Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz yerdə saxlamaq;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək.

Namizədə tələblər:

  • Aidiyyatı sahə üzrə 2 il iş təcrübəsi;
  • Elektrik qaynaq avtomat və yarım avtomatların, qaz qaynağı və kəsən aparatların quruluşunu və iş prinsipini bilməli;
  • Qaynaq koduna uyğun olaraq keyfiyyətli qaynaq etməyi bacarmalı;
  • Qaynaq zamanı müdafiənin təmin olunması qaydalarını bilməli;
  • Qaynaq birləşmələrinin növlərinin və tikişin tipini bilməli;
  • Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını bilməli;
  • Qaynaq zamanı istifadə olunacaq metalların tərkibini və növün bilməli;
  • Sürət, gərginlik və amper tənzimləmək üçün qaynaq prosesini müşahidə etmək və problemləri müəyyənləşdirə bilmək bacarığı olmalı;
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmalı;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly478
  • Monthly597