Vəzifə öhdəlikləri:
- Serverlərin, şəbəkə avadanlıqlarının (LAN/WAN, switch, router, firewall, VPN) idarə olunması və fasiləsizliyinin təmin edilməsi;
- Active Directory, Windows Server, ehtiyat nüsxələmə (backup) və bərpa (restore) proseslərinin idarə edilməsi;
- ERP sistemləri və korporativ İT platformalarının texniki tərəfdən dəstəklənməsi;
- İnformasiya təhlükəsizliyi tədbirlərinin (antivirus, access control, loglama) icrası;
- Sistemlərin monitorinqi, performans və risklərin proaktiv idarə olunması;
- İnfrastruktur dəyişikliklərinin planlanmasında və sənədləşdirilməsində iştirak etməsi;
- İT prosedur və qaydalarına uyğunluğun təmin olunması;
- İstifadəçilərdən daxil olan müraciətlərin (telefon, e-mail, ticket sistemi) qəbulu və ilkin texniki dəstəyin göstərilməsi;
- İşçi kompüterləri, periferik qurğular, proqram təminatı və istifadəçi hesabları ilə bağlı problemlərin həlli;
- Microsoft 365 (Outlook, Teams, OneDrive, SharePoint) üzrə istifadəçi səviyyəsində dəstək;
- İT avadanlıqlarının inventarının aparılması və istifadəçi dəyişikliklərinin qeydiyyatı;
- Tipik insident və sorğuların sənədləşdirilməsi, eskalasiyası və izlənməsi.
Namizədə tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya müvafiq sahə üzrə);
- 4 il Sistem Administratoru vəzifəsində iş təcrübəsi;
- ERP sistemləri ilə işləmə təcrübəsi üstünlük sayılır;
- Şəbəkələr (LAN/WAN, router, switch, firewall, VPN) üzrə bilik və bacarıqlar;
- Analitik düşüncə, problem həll etmə bacarığı və yüksək ünsiyyət qabiliyyəti;
- Məsuliyyətli, operativ və komanda ilə əməkdaşlıq etmə bacarığı;
- Microsoft 365 və Windows Server mühitində güclü biliklər.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.