Vəzifə haqqında məlumat:
- İşəgötürən: Unimac MMC
- Struktur bölmə: Satınalma və logistika şöbəsi
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- İş yeri: Bakı Şəhəri, Ziya Bünyadov 2075
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin ehtiyaclarına uyğun malların və xidmətlərin satınalma prosesinin planlaşdırılması və təşkil edilməsi;
- Satınalma və logistika prosesləri zamanı yarana biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün tədbirlərin görülməsi.
- Logistika xidmətləri bazarının mütəmadi araşdırılması, mövcud və potensial daşıyıcı və təchizatçı şirkətlərin müəyyən edilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
- Təchizatçılardan və logistika şirkətlərindən qiymət təkliflərinin toplanması, müqayisəli təhlil aparılması və ən uyğun təkliflərin seçilməsi;
- Təchizatçılar və daşıyıcı şirkətlərlə qiymət, çatdırılma müddətləri və digər əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması;
- Yeni təchizatçı və logistika şirkətlərinin ilkin qiymətləndirilməsinin aparılması və qiymətləndirmə nəticələrinə əsasən müqavilələrin hazırlanması və bağlanmasının təşkili;
- Sifariş edilən malların daşınması üçün logistika sorğularının hazırlanması, təkliflərin toplanması və uyğun daşıyıcı şirkətlərin seçilməsi;
- Mallar göndərilməyə hazır olduqda təchizatçı tərəfindən təqdim olunan gömrük və nəqliyyat sənədlərinin (invoice, packing list, CMR, BL və s.) düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi;
- İdxal olunan malların mənşə ölkəsinə, yükün xüsusiyyətinə və sifarişin təcililiyinə əsasən optimal nəqliyyat marşrutunun və nəqliyyat növünün seçilməsi;
- Malların daşınma prosesinə davamlı nəzarət edilməsi və daşınma planında baş verən dəyişikliklər barədə şöbə rəhbərliyinin və son istifadəçilərin məlumatlandırılması;
- İdxal olunan yüklər üzrə Qısa İdxal Bəyannamələrinin müəyyən edilmiş müddətdə nəqliyyat şirkətlərinə təqdim olunmasının təmin edilməsi;
- Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin düzgün və tam şəkildə gömrük brokerinə təqdim edilməsi;
- Malların yük gömrük bəyannaməsində düzgün təsvir edilməsi üçün gömrük brokerinə idxal olunan mallar haqqında dəqiq məlumatların verilməsi;
- Gömrük rəsmiləşdirilməsi prosesinin tamamlanması barədə müvafiq daxili şöbələrin məlumatlandırılması;
- İdxal və ixrac əməliyyatları üzrə gömrük rüsumlarının, ƏDV və digər dövlət ödənişlərinin vaxtında həyata keçirilməsi üçün sistemdə kifayət qədər maliyyə vəsaitinin olmasına nəzarət edilməsi;
- Daşıyıcı şirkətlər tərəfindən təqdim edilən hesab-fakturaların və ödəniş sənədlərinin düzgünlüyünün yoxlanılması və ödəniş üçün müvafiq şöbəyə təqdim edilməsi;
- Dövlət elektron portallarında (e-customs, e-keyfiyyət və digər müvafiq platformalarda) tələb olunan müraciətlərin və prosedurların icra edilməsi;
- Daşıyıcı və logistika şirkətlərinin fəaliyyətinin illik qiymətləndirilməsinin aparılması və nəticələrə əsasən gələcək əməkdaşlıq strategiyasının müəyyənləşdirilməsi;
Vəzifə tələbləri:
- İqtisadiyyat, gömrük, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali bakalavr təhsili (Magistr dərəcəsinin olması üstünlükdür)
- Logistika sahəsində ən azı 2-3 il iş təcrübəsi
- Əla səviyyədə İngilis və ya Rus dili biliyi
- MS Office programları üzrə bacarıqlar
- e-customs, e-keyfiyyət, e-gov.az portallarından istifadə bacarıqları
CV-lərini mövzü yerində Satınalma və logistika mütəxəssisi yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır