Satınalma və Logistika üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma və Logistika üzrə mütəxəssis

  • Deadline 12 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə haqqında məlumat:

  • İşəgötürən: Unimac MMC
  • Struktur bölmə: Satınalma və logistika şöbəsi
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur
  • İş yeri: Bakı Şəhəri, Ziya Bünyadov 2075

  Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin ehtiyaclarına uyğun malların və xidmətlərin satınalma prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Satınalma və logistika prosesləri zamanı yarana biləcək risklərin əvvəlcədən qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün tədbirlərin görülməsi.
  • Logistika xidmətləri bazarının mütəmadi araşdırılması, mövcud və potensial daşıyıcı və təchizatçı şirkətlərin müəyyən edilməsi və əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;
  • Təchizatçılardan və logistika şirkətlərindən qiymət təkliflərinin toplanması, müqayisəli təhlil aparılması və ən uyğun təkliflərin seçilməsi;
  • Təchizatçılar və daşıyıcı şirkətlərlə qiymət, çatdırılma müddətləri və digər əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması;
  • Yeni təchizatçı və logistika şirkətlərinin ilkin qiymətləndirilməsinin aparılması və qiymətləndirmə nəticələrinə əsasən müqavilələrin hazırlanması və bağlanmasının təşkili;
  • Sifariş edilən malların daşınması üçün logistika sorğularının hazırlanması, təkliflərin toplanması və uyğun daşıyıcı şirkətlərin seçilməsi;
  • Mallar göndərilməyə hazır olduqda təchizatçı tərəfindən təqdim olunan gömrük və nəqliyyat sənədlərinin (invoice, packing list, CMR, BL və s.) düzgünlüyünün yoxlanılması və təsdiqlənməsi;
  • İdxal olunan malların mənşə ölkəsinə, yükün xüsusiyyətinə və sifarişin təcililiyinə əsasən optimal nəqliyyat marşrutunun və nəqliyyat növünün seçilməsi;
  • Malların daşınma prosesinə davamlı nəzarət edilməsi və daşınma planında baş verən dəyişikliklər barədə şöbə rəhbərliyinin və son istifadəçilərin məlumatlandırılması;
  • İdxal olunan yüklər üzrə Qısa İdxal Bəyannamələrinin müəyyən edilmiş müddətdə nəqliyyat şirkətlərinə təqdim olunmasının təmin edilməsi;
  • Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin düzgün və tam şəkildə gömrük brokerinə təqdim edilməsi;
  • Malların yük gömrük bəyannaməsində düzgün təsvir edilməsi üçün gömrük brokerinə idxal olunan mallar haqqında dəqiq məlumatların verilməsi;
  • Gömrük rəsmiləşdirilməsi prosesinin tamamlanması barədə müvafiq daxili şöbələrin məlumatlandırılması;
  • İdxal və ixrac əməliyyatları üzrə gömrük rüsumlarının, ƏDV və digər dövlət ödənişlərinin vaxtında həyata keçirilməsi üçün sistemdə kifayət qədər maliyyə vəsaitinin olmasına nəzarət edilməsi;
  • Daşıyıcı şirkətlər tərəfindən təqdim edilən hesab-fakturaların və ödəniş sənədlərinin düzgünlüyünün yoxlanılması və ödəniş üçün müvafiq şöbəyə təqdim edilməsi;
  • Dövlət elektron portallarında (e-customs, e-keyfiyyət və digər müvafiq platformalarda) tələb olunan müraciətlərin və prosedurların icra edilməsi;
  • Daşıyıcı və logistika şirkətlərinin fəaliyyətinin illik qiymətləndirilməsinin aparılması və nəticələrə əsasən gələcək əməkdaşlıq strategiyasının müəyyənləşdirilməsi;

Vəzifə tələbləri:

  • İqtisadiyyat, gömrük, maliyyə və ya biznesin idarəedilməsi üzrə ali bakalavr təhsili (Magistr dərəcəsinin olması üstünlükdür)
  • Logistika sahəsində ən azı 2-3 il iş təcrübəsi
  • Əla səviyyədə İngilis və ya Rus dili biliyi
  • MS Office programları üzrə bacarıqlar
  • e-customs, e-keyfiyyət, e-gov.az portallarından istifadə bacarıqları

CV-lərini mövzü yerində Satınalma və logistika mütəxəssisi yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

  • Daily88
  • Weekly524
  • Monthly1095