Avtokar sürücüsü

  • Истекает 23 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Yüklərin təyinatı üzrə təhlükəsiz şəkildə boşaldılmasını, daşınmasını və anbar/istehsalat sahələrində yerləşdirilməsini təmin etmək;
  • Avtokarın icazə verilən yükgötürmə normasına riayət etmək və yüklərin tarazlı daşınmasına nəzarət etmək;
  • İşə başlamazdan əvvəl texnikaya gündəlik vizual baxış keçirmək, işlək və təmiz saxlamaq, aşkar edilən nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat vermək;
  • Zavod ərazisində müəyyən edilmiş sürət həddinə, hərəkət nişanlarına və piyadaların təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
  • Verilən istehsalat tapşırıqlarını vaxtında və düzgün icra etmək;
  • Zavod üzrə əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.

Namizədə tələblər:

  • Avtoyükləyici (avtokar) idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və ya peşə sertifikatı;
  • İstehsalat və ya anbar sahəsində analoji iş təcrübəsi;
  • Yüksək diqqət, məsuliyyətlilik və intizamlılıq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 700 Azn;
  • Ünvan: Abşeron rayonu, Məmmədli kəndi;

Namizədlərdən CV-lərini "Avtokar sürücüsü" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly89
  • Monthly1567