Vəzifə təlimatı
- Müxtəlif vergi hesabatlarının hazırlanması (Mənfəət, Torpaq, Əmlak və s.)
- Vergi orqanları ilə yazışmalar
- Vergi sənədlərinin reyestrinin aparılması
- Obyekt qeydiyyatları və POS qeydiyyatları
- ƏDV hesabatı, şəxsi vərəq, aylıq yoxlamalar və sorğular
- Tapşırıqların yerinə yetirilməsi
- Satışdan sorğu zamanı sorğulara baxılması
Namizədə tələblər
- Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Vergi hesabatlarının (xüsusilə Mənfəət, Əmlak, Torpaq, ƏDV) hazırlanması üzrə ən azı 1-2 il iş təcrübəsi;
- Vergi Məcəlləsi və müvafiq qanunvericilik aktları üzrə biliklər;
- Elektron vergi portalları və sistemləri (e-taxes.gov.az, E-qaimə, POS qeydiyyatı və s.) ilə işləmək bacarığı;
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (formullar, cədvəllər, hesabat tərtibi və s.);
- Analitik düşüncə və dəqiqliklə işləmək bacarığı;
- Vergi orqanları ilə rəsmi yazışmalar aparmaq təcrübəsi;
- Komandada işləmək bacarığı və tapşırıqları vaxtında yerinə yetirmək məsuliyyəti;
- Yüksək etik davranış və konfidensiallıq prinsiplərinə əməl etmək.
İş şəraiti
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq 6 günlük iş həftəsi
- Əmək haqqı razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən təmin olunur
- Ünvan: Ziya Bünyadov pr. 122A
Namizədlərdən CV-lərini "Vergi işləri üzrə mütəxəssis" başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.