Junior Business Analyst

  • Deadline 27 Dekabr 2026

Vakansiya haqqında

  • Komandamıza biznes proseslərinin təhlili, tələblərin toplanması və rəqəmsal həllərin hazırlanması istiqamətində fəaliyyət göstərəcək Junior Business Analyst axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Biznes istifadəçilərindən və sifarişçilərdən tələblərin toplanmasında iştirak etmək;
  • Mövcud biznes proseslərini araşdırmaq və təhlil etmək;
  • Biznes tələblərinin strukturlaşdırılması və sənədləşdirilməsinə dəstək göstərmək;
  • Texniki tapşırıqların (Technical Specification), User Story və Use Case sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Biznes proseslərinin modelləşdirilməsi və diaqramların hazırlanmasına dəstək göstərmək;
  • Proqram təminatının test edilməsi və nəticələrin yoxlanılmasında iştirak etmək;
  • Proqramçılar, test mühəndisləri və digər komanda üzvləri ilə koordinasiyalı işləmək;
  • Layihə sənədlərinin hazırlanması və yenilənməsini həyata keçirmək.

Namizədə dair tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Biznes analitik və ya əlaqəli sahədə 0–1 il iş təcrübəsi;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Biznes tələblərinin toplanması və sənədləşdirilməsi üzrə ilkin biliklər;
  • BPMN və UML üzrə baza bilikləri;
  • MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı;
  • Jira, Confluence və ya analoji layihə idarəetmə alətləri üzrə biliklər;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus dili biliyi üstünlükdür;
  • Komanda ilə işləmək, məsuliyyətlilik və öyrənməyə açıqlıq.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə;
  • İş saatları: 08:00–17:00;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş bayram və digər qeyri-iş günləri istirahət günləridir;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
  • İş forması: Tam iş günü.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya elektron poçt ünvanına CV-lərini göndərə bilərlər - [email protected]

  • Daily109
  • Weekly474
  • Monthly1938