Vakansiya haqqında
- Komandamıza biznes proseslərinin təhlili, tələblərin toplanması və rəqəmsal həllərin hazırlanması istiqamətində fəaliyyət göstərəcək Junior Business Analyst axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Biznes istifadəçilərindən və sifarişçilərdən tələblərin toplanmasında iştirak etmək;
- Mövcud biznes proseslərini araşdırmaq və təhlil etmək;
- Biznes tələblərinin strukturlaşdırılması və sənədləşdirilməsinə dəstək göstərmək;
- Texniki tapşırıqların (Technical Specification), User Story və Use Case sənədlərinin hazırlanmasında iştirak etmək;
- Biznes proseslərinin modelləşdirilməsi və diaqramların hazırlanmasına dəstək göstərmək;
- Proqram təminatının test edilməsi və nəticələrin yoxlanılmasında iştirak etmək;
- Proqramçılar, test mühəndisləri və digər komanda üzvləri ilə koordinasiyalı işləmək;
- Layihə sənədlərinin hazırlanması və yenilənməsini həyata keçirmək.
Namizədə dair tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- Biznes analitik və ya əlaqəli sahədə 0–1 il iş təcrübəsi;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Biznes tələblərinin toplanması və sənədləşdirilməsi üzrə ilkin biliklər;
- BPMN və UML üzrə baza bilikləri;
- MS Office proqramları, xüsusilə Excel və Word ilə işləmək bacarığı;
- Jira, Confluence və ya analoji layihə idarəetmə alətləri üzrə biliklər;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus dili biliyi üstünlükdür;
- Komanda ilə işləmək, məsuliyyətlilik və öyrənməyə açıqlıq.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə;
- İş saatları: 08:00–17:00;
- İstirahət günləri: Şənbə və bazar;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş bayram və digər qeyri-iş günləri istirahət günləridir;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
- İş forması: Tam iş günü.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya elektron poçt ünvanına CV-lərini göndərə bilərlər - [email protected]