Middle Business Analyst

  • Deadline 27 December 2026

Vakansiya haqqında

  • Komandamıza biznes proseslərinin təhlili, informasiya sistemlərinin inkişafı və rəqəmsal həllərin tətbiqi istiqamətində müstəqil fəaliyyət göstərə biləcək Middle Business Analyst axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Sifarişçilər və maraqlı tərəflərlə görüşlər keçirərək biznes ehtiyaclarını və tələblərini müəyyənləşdirmək;
  • Biznes tələblərini təhlil etmək, sistem və funksional tələblərə çevirmək;
  • Mövcud (AS-IS) və hədəf (TO-BE) biznes proseslərini təhlil etmək və modelləşdirmək;
  • Texniki tapşırıqların (Technical Specification), BRD, SRS, Functional Requirements, User Story və Use Case sənədlərini hazırlamaq;
  • BPMN və UML diaqramları vasitəsilə biznes və sistem proseslərini modelləşdirmək;
  • Sistemlərarası inteqrasiya tələblərini təhlil etmək və API-lərlə bağlı texniki tələbləri formalaşdırmaq;
  • Proqram təminatının funksional tələblərə uyğunluğunu yoxlamaq və UAT prosesində iştirak etmək;
  • Development, QA və Project Management komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Tələblərdə baş verən dəyişiklikləri idarə etmək və müvafiq sənədləri yeniləmək;
  • Layihələrin icrası zamanı yaranan biznes və funksional uyğunsuzluqları təhlil edərək həll yolları təklif etmək;
  • Biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq.

Namizədə dair tələblər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Biznes analitik və ya İT analitika sahəsində 1–3 il iş təcrübəsi;
  • Biznes və funksional tələblərin müstəqil toplanması, təhlili və sənədləşdirilməsi bacarığı;
  • BRD, SRS, FRS, User Story və Use Case sənədlərinin hazırlanması üzrə təcrübə;
  • BPMN 2.0 və UML modelləşdirmə standartları üzrə biliklər;
  • SQL üzrə işlək biliklər;
  • REST API, JSON və sistemlərarası inteqrasiya prinsipləri üzrə biliklər;
  • Jira, Confluence, Azure DevOps və ya analoji alətlərlə iş təcrübəsi;
  • Agile/Scrum və Waterfall metodologiyaları üzrə biliklər;
  • Funksional test və UAT proseslərinin təşkili və icrasında iştirak təcrübəsi;
  • Güclü analitik düşünmə, problem həll etmə və kommunikasiya bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rus dili biliyi üstünlükdür.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə;
  • İş saatları: 08:00–17:00;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş bayram və digər qeyri-iş günləri istirahət günləridir;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
  • İş forması: Tam iş günü.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya elektron poçt ünvanına CV-lərini göndərə bilərlər - [email protected]

  • Daily112
  • Weekly477
  • Monthly1941