Vakansiya haqqında
- Komandamıza biznes proseslərinin təhlili, informasiya sistemlərinin inkişafı və rəqəmsal həllərin tətbiqi istiqamətində müstəqil fəaliyyət göstərə biləcək Middle Business Analyst axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
- Sifarişçilər və maraqlı tərəflərlə görüşlər keçirərək biznes ehtiyaclarını və tələblərini müəyyənləşdirmək;
- Biznes tələblərini təhlil etmək, sistem və funksional tələblərə çevirmək;
- Mövcud (AS-IS) və hədəf (TO-BE) biznes proseslərini təhlil etmək və modelləşdirmək;
- Texniki tapşırıqların (Technical Specification), BRD, SRS, Functional Requirements, User Story və Use Case sənədlərini hazırlamaq;
- BPMN və UML diaqramları vasitəsilə biznes və sistem proseslərini modelləşdirmək;
- Sistemlərarası inteqrasiya tələblərini təhlil etmək və API-lərlə bağlı texniki tələbləri formalaşdırmaq;
- Proqram təminatının funksional tələblərə uyğunluğunu yoxlamaq və UAT prosesində iştirak etmək;
- Development, QA və Project Management komandaları ilə sıx əməkdaşlıq etmək;
- Tələblərdə baş verən dəyişiklikləri idarə etmək və müvafiq sənədləri yeniləmək;
- Layihələrin icrası zamanı yaranan biznes və funksional uyğunsuzluqları təhlil edərək həll yolları təklif etmək;
- Biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq.
Namizədə dair tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- Biznes analitik və ya İT analitika sahəsində 1–3 il iş təcrübəsi;
- Biznes və funksional tələblərin müstəqil toplanması, təhlili və sənədləşdirilməsi bacarığı;
- BRD, SRS, FRS, User Story və Use Case sənədlərinin hazırlanması üzrə təcrübə;
- BPMN 2.0 və UML modelləşdirmə standartları üzrə biliklər;
- SQL üzrə işlək biliklər;
- REST API, JSON və sistemlərarası inteqrasiya prinsipləri üzrə biliklər;
- Jira, Confluence, Azure DevOps və ya analoji alətlərlə iş təcrübəsi;
- Agile/Scrum və Waterfall metodologiyaları üzrə biliklər;
- Funksional test və UAT proseslərinin təşkili və icrasında iştirak təcrübəsi;
- Güclü analitik düşünmə, problem həll etmə və kommunikasiya bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus dili biliyi üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə;
- İş saatları: 08:00–17:00;
- İstirahət günləri: Şənbə və bazar;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş bayram və digər qeyri-iş günləri istirahət günləridir;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək;
- İş forması: Tam iş günü.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya elektron poçt ünvanına CV-lərini göndərə bilərlər - [email protected]