İş barədə məlumat
- Servis işlərini təqib etmək;
- Müştərilər tərəfindən gələn zənglərə tam dəqiq, dolğun məlumat vermək, müştərilərlə əlaqə yaratmaq;
- Servis işlərini koordinasiya edə bilmək;
- Müəssisənin proseduru əsasında təyin edilmiş təlimatları icra etmək;
- Texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- Texnikalara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək. Görülməli işlərin texniki hazırlığını təmin etmək;
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
- Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
- Tabeçiliyində olan işçi heyətə, texnikalara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək, işçilərin öz biliyinin və ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirmək;
- Təmir və texniki xidməti digər hissələri zədələmədən icra etmək və istehsalçının təmir texnologiyalarına riayət etmək;
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq)
- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
- Cinsi – Kişi
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili arzu olunandır
- İş təcrübəsi: Minimum 2 il
- Komandada işləmək qabiliyyəti
- Komputer bilikləri
- Tikinti avadanlıqları barədə biliklərin olunması
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
İş şəraiti
- İş qrafiki - 6 günlük
- Həftə içi 09:00 – 18:00
- Şənbə 10:00-16:00
- Əmək haqqı – Müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
- Nahar şirkət tərəfindən verilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.