“UnityFood LTD” MMC Ofis Meneceri üzrə vakansiya elan edir!
İş haqqında məlumat:
- Ofisin gündəlik fəaliyyətinin təşkili və idarə olunması.
- Daxil olan və çıxan sənədlərin qeydiyyatı və arxivləşdirilməsi.
- Telefon zənglərinin cavablandırılması və elektron poçtların idarə olunması.
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi.
- Tədarükçülər və digər tərəfdaşlarla əlaqələrin qurulması və koordinasiyası.
- Ofis ləvazimatlarının və texniki avadanlıqların sifarişi və təmin olunması.
- Qonaqların qarşılanması və görüşlərin təşkili.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş vaxtı: 9:00-18:00
- Nahar vaxtı: 13:00-14:00
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə
- İstirahət günü: şənbə, bazar
- Korporativ nömrə
- Əmək haqqı (NETT): 500-800 AZN
- Əlavə faydalar: İcbari tibbi sığorta, tətil günləri və digər üstünlüklər.
- İş yeri: Bakı şəhəri, Nərimanov ray., Çinar Park Biznes Mərkəzi
Tələblər:
- Xanım namizədlər tələb olunur
- Yaş 23-30
- Təhsil: Orta ixtisas təhsili və ya Ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili-əla səviyyədə (şifahi və yazılı)
- Rus dili vacib,ingilis dili biliyi üstünlükdür
- Kompüter bilikləri: MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər.
- Komanda ilə işləmə qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik və təşkilatçılıq
Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.