Qrafik dizayner

  • Истекает 19 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Unityfood Ltd MMC komandamıza yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir dizayn yanaşmasına malik Qrafik Dizayner axtarır.

Vəzifə öhdəlikləri

  • Şirkətin sosial media hesabları üçün kreativ və diqqətçəkən vizual materialların hazırlanması;
  • Reklam kampaniyaları, məhsul təqdimatları və marketinq fəaliyyətləri üçün dizaynların hazırlanması;
  • Banner, poster, flayer, kataloq, buklet, təqdimat və digər çap və rəqəmsal materialların dizayn edilməsi;
  • Məhsullar üçün reklam və tanıtım vizuallarının hazırlanması;
  • Şirkətin korporativ üslubuna və brend standartlarına uyğun dizaynların hazırlanmasının təmin edilməsi;
  • Yeni vizual konsepsiyaların və kreativ ideyaların hazırlanması;
  • Mövcud dizaynların təkmilləşdirilməsi və zəruri dəyişikliklərin operativ şəkildə həyata keçirilməsi;
  • Çap üçün nəzərdə tutulan materialların texniki tələblərə uyğun hazırlanması;
  • Marketinq və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək;
  • Dizayn layihələrinin müəyyən edilmiş müddətdə və keyfiyyət standartlarına uyğun təhvil verilməsi;
  • Dizayn sahəsində müasir trendlərin izlənilməsi və şirkətin vizual kommunikasiya fəaliyyətində tətbiq edilməsi.

Namizədə tələblər

  • Rus diliyi biliyi mütləqdir;
  • Qrafik dizayn sahəsində 1–3 il iş təcrübəsi;
  • Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
  • Çap dizayn  işlərinin görülməsi
  • Adobe InDesign, CorelDRAW və digər dizayn proqramlarını bilmək üstünlükdür;
  • Güclü vizual zövq və kreativ düşüncə;
  • Kompozisiya, rəng, tipoqrafiya və vizual iyerarxiya prinsipləri üzrə anlayış;
  • Sosial media və rəqəmsal platformalar üçün dizayn hazırlamaq bacarığı;
  • Detallara diqqətli, məsuliyyətli və operativ olmaq;
  • Bir neçə tapşırığı prioritetləndirərək vaxtında icra etmək bacarığı;
  • Komandada işləmək və digər şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;
  • Portfolio təqdim edilməsi mütləqdir.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əmək haqqı: 1000 AZN net
  • Ünvan: Bakı, Nərimanov ray.,Çinar park Biznes mərkəzi

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.

  • Daily101
  • Weekly566
  • Monthly1743