Unityfood Ltd MMC komandamıza yaradıcı düşüncəyə, güclü vizual zövqə və müasir dizayn yanaşmasına malik Qrafik Dizayner axtarır.
Vəzifə öhdəlikləri
- Şirkətin sosial media hesabları üçün kreativ və diqqətçəkən vizual materialların hazırlanması;
- Reklam kampaniyaları, məhsul təqdimatları və marketinq fəaliyyətləri üçün dizaynların hazırlanması;
- Banner, poster, flayer, kataloq, buklet, təqdimat və digər çap və rəqəmsal materialların dizayn edilməsi;
- Məhsullar üçün reklam və tanıtım vizuallarının hazırlanması;
- Şirkətin korporativ üslubuna və brend standartlarına uyğun dizaynların hazırlanmasının təmin edilməsi;
- Yeni vizual konsepsiyaların və kreativ ideyaların hazırlanması;
- Mövcud dizaynların təkmilləşdirilməsi və zəruri dəyişikliklərin operativ şəkildə həyata keçirilməsi;
- Çap üçün nəzərdə tutulan materialların texniki tələblərə uyğun hazırlanması;
- Marketinq və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək;
- Dizayn layihələrinin müəyyən edilmiş müddətdə və keyfiyyət standartlarına uyğun təhvil verilməsi;
- Dizayn sahəsində müasir trendlərin izlənilməsi və şirkətin vizual kommunikasiya fəaliyyətində tətbiq edilməsi.
Namizədə tələblər
- Rus diliyi biliyi mütləqdir;
- Qrafik dizayn sahəsində 1–3 il iş təcrübəsi;
- Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
- Çap dizayn işlərinin görülməsi
- Adobe InDesign, CorelDRAW və digər dizayn proqramlarını bilmək üstünlükdür;
- Güclü vizual zövq və kreativ düşüncə;
- Kompozisiya, rəng, tipoqrafiya və vizual iyerarxiya prinsipləri üzrə anlayış;
- Sosial media və rəqəmsal platformalar üçün dizayn hazırlamaq bacarığı;
- Detallara diqqətli, məsuliyyətli və operativ olmaq;
- Bir neçə tapşırığı prioritetləndirərək vaxtında icra etmək bacarığı;
- Komandada işləmək və digər şöbələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;
- Portfolio təqdim edilməsi mütləqdir.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 1000 AZN net
- Ünvan: Bakı, Nərimanov ray.,Çinar park Biznes mərkəzi
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.