Vəzifə öhdəlikləri:
- Müxtəlif tip kabel ucları və konnektor terminallarının lehimlənməsi və montajını icra etmək
- Müxtəlif tip konnektorların yığılması və qoşulma işlərini yerinə yetirmək
- Avadanlıq və texnika üzərində naqillərin marşrut üzrə çəkilməsi, markalanması, montaj və demontaj işlərini icra etmək
- Elektrik sxemlərinə baxaraq naqillərin və komponentlərin düzgün qoşulmasını təmin etmək
- Avadanlıqlar üzərində profilaktik baxış işlərini yerinə yetirmək
- Görülən işlərlə bağlı sadə texniki qeydlər aparmaq
- İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər:
- Elektrik və ya elektronika sahəsində baza biliklər
- Kabel ucları və konnektorların lehimlənməsi üzrə praktik bacarıq
- Müxtəlif tip və standartlara aid konnektorlarla işləmə təcrübəsi
- Naqil marşrutlaşdırılması və montaj işləri üzrə praktik təcrübə
- Elektrik sxemlərinə baxaraq qoşulmanı düzgün icra etmə bacarığı
- Texniki alətlərdən istifadə bacarığı
- Rus dili və ingilis dili bilikləri
- Sürücülük vəsiqəsinin olması
- Ezamiyyətlərə hazır olmaq
İş şərtləri:
- İş saatları razılaşdırılmış cədvəl üzrə
- Sahə şəraitində işləməyə hazır olmaq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə “Texnik – Elektrik/Elektronika Montajı” yazaraq göndərə bilərlər.