Universal McCann Universal McCann
  • 397

Universal McCann

Digər

Influencer Team Lead

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Influencer Team Lead

  • Deadline 11 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş qrafiki: Həftə içi 5 gün
  • İş saatları: 10:00 – 19:00
  • İş rejimi: Ofisdaxili

Strateji influencer idarəçiliyi

  • Brend və kampaniyanın ümumi marketinq strategiyasına uyğun influencer yanaşmasının hazırlanması.
  • Müxtəlif səviyyəli influencerlərin (nano, micro, macro, celebrity) strateji seçimi.
  • Influencer münasibətlərinin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlıq ekosisteminin qurulması.
  • Bazar üzrə influencer potensialının mütəmadi təhlili və yeni imkanların müəyyənləşdirilməsi.

Komandanın idarə edilməsi və yönləndirilməsi

  • Influencer komandasının gündəlik fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsünü idarə etmək.
  • Komanda üzvlərinin inkişaf planının hazırlanması və mentorluq.
  • Taskların prioritetləşdirilməsi, nəticəyə yönəlik iş prosesinin qurulması.
  • Komandanın KPI-larının müəyyən edilməsi və aylıq performans qiymətləndirilməsi. 

Kampaniya planlaması və yüksək səviyyəli icra nəzarəti

  • Kampaniya strategiyasının hazırlanması və məqsədlərin müəyyənləşdirilməsi.
  • Kontent formatlarının (reels, story, post, TikTok və s.) strategiyaya uyğun planlaşdırılması.
  • Komandanın hazırladığı brieflərə nəzarət və keyfiyyətin təsdiqi.
  • Influencer kontent istehsalı, çəkiliş prosesi və paylaşımlara end-to-end nəzarət.
  • Risklərin öncədən müəyyənləşdirilməsi və operativ həllərin təmin edilməsi.

Analitika, nəticələrin ölçülməsi və reportinq

  • Kampaniya performansının yüksək səviyyəli təhlili və nəticələrin interpretasiyası.
  • Əsas metriklərin (ER, reach, impressions, CTR, CPM və s.) biznes məqsədləri ilə əlaqələndirilməsi.
  • Müştəriyə və rəhbərliyə strukturlaşdırılmış hesabatların təqdim edilməsi.

Bazar və trend analizi

  • Yerli və qlobal influencer və sosial media trendərinin davamlı izlənməsi.
  • Rəqiblərin influencer fəaliyyətlərinin mütəmadi monitorinqi.
  • Micro & nano influencer strategiyalarının inkişaf etdirilməsi.
  • Trendə uyğun innovativ kontent və kampaniya yanaşmalarının hazırlanması.

Daxili komanda və müştərilərlə koordinasiya

  • Digital, SMM, media və kreativ komandalarla sıx əməkdaşlıq.
  • Müştərilər üçün influencer strategiyasının hazırlanması və təqdim olunması.
  • Brief-lərin düzgün anlaşılması, düzgün istiqamətləndirilməsi və icranın təmin edilməsi. Komanda üzvlərinin iş keyfiyyətinə nəzarət edilməsi.
  • Müştəri gözləntilərinin idarə olunması və layihə üzrə vaxt planlamasına nəzarət.

Administrativ və proses idarəetməsi

  • Influencer müqavilələrinin təsdiqi, qaydalara uyğunluğun təmin edilməsi.
  • Ödəniş, billing və hüquqi proseslərə nəzarət.
  • Kontent materiallarının düzgün arxivləşdirilməsi və standartların qorunması.
  • Şirkətin daxili prosedurlarına uyğun iş axınının təmin olunması. 

Namizəddən Tələblər

  • Influencer marketinq, SMM və ya digital marketing sahəsində minimum 3–5 il təcrübə, o cümlədən komanda idarəçiliyi.
  • Güclü liderlik, koordinasiya və insan idarəetmə bacarıqları.
  • Analitik düşüncə, qərarvermə və problem həll etmə bacarığı.
  • Microsoft Office (Excel, PowerPoint, Word) üzrə yüksək səviyyəli biliklər.
  • Azərbaycan Respublikasının “Reklam haqqında” Qanunu və sosial media reklam tələbləri barədə məlumatlılıq.
  • Time management, task prioritetləşdirmə və deadline idarəetməsində yüksək bacarıq.
  • İngilis dili mütləqdir.
  • Rus dili arzuolunandır.
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı.
  • Trendlər və influencer mədəniyyəti barədə geniş bilik və kreativ yanaşma.

Xahiş edirik, CV-i "Influencer Team Lead" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərəsiniz

  • Daily54
  • Weekly54
  • Monthly1233