Namizədə olan tələblər:
- Staj: 2-3 il (sahə üzrə təcrübə mütləqdir).
- Müəssisə Məhəmmədli qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan və poliqrafiya sahəsində işləyən namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini həyata keçirir
- Avadanlıqların əsaslı təmiri üçün siyahı tutulmasında iştirak edir
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasını, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə köməklik göstərir
- Köhnəlmiş avadanlıqları müəyyən edilməsi prosesidə iştirak edir və onların təmirini həyata keçirir.
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, onların yenidən qurulmasında iştirak edir.
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edir
- Elektrik, su, qaz qurğularına nəzarət edir və təmiri ehtiyacı yarandıqda müvafiq qurumlar üzrə əməkdaşları cəlb edilməsində köməklik göstərir
- Yaranan texniki problemlər və onların həlli üçün mümkün variantlar haqqında birbaşa rəhbərliyinə operativ şəkildə məlumat verir.
İş şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə,
- 6 günlük iş rejimi.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Mexanik” qeyd edərək CV formasını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.