İş təsviri:
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirilməsi, nəzarətdə saxlanılması, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Satınalma proseslərinin əlverişli şərtlərlə həyata keçirilməsi;
- Bazar araşdırması, tələb olunan malların yerli və xarici bazarda təhlil edilməsi;
- Təchizat sifarişlərinin təşkili, idarə edilməsi və müvafiq hesabatların hazırlanması;
- Satınalma prosesində ilkin qiymətləndirmə, danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılması;
- Müxtəlif mal və xidmətlərə olan ehtiyacların müəyyən edilməsi, tədarükçülərlə əlaqələrin qurulması və əlaqələrin davamlılığının təmin edilməsi;
- Satınalma müqavilələrinin hazırlanması və şərtlərinin razılaşdırılması;
- Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi;
- Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsi, satınalma prosesinin izlənməsi və idarə edilməsi;
- Satınalma prosesində yaranan risklərin öncədən qiymətləndirilməsi.
Tələblər:
- Kişi namizəd;
- Sürücülük vəsiqəsinin olması mütləqdir;
- Təhsil: Minimum bakalavr dərəcəsi;
- Təcrübə: Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (Rus dili və İngilis dili əlavə üstünlükdür);
- Kompüter bilikləri: 1C, MS Office;
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00 – 18:00;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə və mobil telefon;
- Könüllü tibbi sığorta;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsinə "Satınalma üzrə Mütəxəssis" yazmağı unutmayın.