İş şəraiti
- İş yeri: “Uniyar” MMC, Əhmədbəy Ağaoğlu 61, ADA Universiteti
- İş qrafiki: 08:00-17:00; 09:00-18:00;
- Əmək haqqı: 700 AZN
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların, materialların və digər maddi sərvətlərin qəbulunda iştirak etmək.
- Qəbul edilən malların sayının, çeşidinin, qablaşdırılmasının və xarici görünüşünün sənədlərə uyğunluğunun yoxlanılması.
- Malların və materialların anbar daxilində müəyyən edilmiş yerlərə düzgün və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək.
- Anbarda malların saxlanma qaydalarına, temperatur və digər müvafiq saxlama tələblərinə riayət etmək.
- Malların çeşidlər, adlar, ölçülər və digər göstəricilər üzrə ayrılmasına və sistemləşdirilməsinə kömək etmək.
- Anbardarın tapşırığı əsasında malların hazırlanması, yığılması, qablaşdırılması və təhvil verilməsi işlərini yerinə yetirmək.
- Malların yüklənməsi və boşaldılması prosesində iştirak etmək, onların zədələnməsinin və itkisinin qarşısını almaq.
- Anbarda təmizliyi, səliqəni və iş yerlərinin təhlükəsizliyini təmin etmək.
- Malların qalıqları, çatışmazlıqlar, artıqgəlmələr, yararsızlıq və zədələnmə halları barədə dərhal anbardara məlumat vermək.
- İnventarlaşma zamanı malların sayılmasında, çeşidlənməsində və faktiki qalıqların müəyyən edilməsində iştirak etmək.
- Anbar avadanlıqlarından, rəflərdən, arabacıqlardan və digər iş vasitələrindən təyinatı üzrə istifadə etmək.
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət etmək.
- Malların və müəssisəyə məxsus digər maddi sərvətlərin qorunmasını təmin etmək.
- Anbardarın və rəhbərliyin vəzifə səlahiyyətləri çərçivəsində verdiyi qanuni tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Anbardar kimi minimum 1 il iş təcrübəsi
- Dəqiq, məsuliyyətli və etibarlı olmaq
- Komandada işləmə bacarığı
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Nahar şirkət tərəfindən qarşılanır
- Peşəkar və mehriban kollektiv
- Növbəli iş rejimi və istirahət günləri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.