Anbardar köməkçisi

  • Истекает 13 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: “Uniyar” MMC, Əhmədbəy Ağaoğlu 61, ADA Universiteti
  • İş qrafiki: 08:00-17:00; 09:00-18:00; 
  • Əmək haqqı: 700 AZN

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların, materialların və digər maddi sərvətlərin qəbulunda iştirak etmək.
  • Qəbul edilən malların sayının, çeşidinin, qablaşdırılmasının və xarici görünüşünün sənədlərə uyğunluğunun yoxlanılması.
  • Malların və materialların anbar daxilində müəyyən edilmiş yerlərə düzgün və səliqəli şəkildə yerləşdirilməsini təmin etmək.
  • Anbarda malların saxlanma qaydalarına, temperatur və digər müvafiq saxlama tələblərinə riayət etmək.
  • Malların çeşidlər, adlar, ölçülər və digər göstəricilər üzrə ayrılmasına və sistemləşdirilməsinə kömək etmək.
  • Anbardarın tapşırığı əsasında malların hazırlanması, yığılması, qablaşdırılması və təhvil verilməsi işlərini yerinə yetirmək.
  • Malların yüklənməsi və boşaldılması prosesində iştirak etmək, onların zədələnməsinin və itkisinin qarşısını almaq.
  • Anbarda təmizliyi, səliqəni və iş yerlərinin təhlükəsizliyini təmin etmək.
  • Malların qalıqları, çatışmazlıqlar, artıqgəlmələr, yararsızlıq və zədələnmə halları barədə dərhal anbardara məlumat vermək.
  • İnventarlaşma zamanı malların sayılmasında, çeşidlənməsində və faktiki qalıqların müəyyən edilməsində iştirak etmək.
  • Anbar avadanlıqlarından, rəflərdən, arabacıqlardan və digər iş vasitələrindən təyinatı üzrə istifadə etmək.
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitariya qaydalarına riayət etmək.
  • Malların və müəssisəyə məxsus digər maddi sərvətlərin qorunmasını təmin etmək.
  • Anbardarın və rəhbərliyin vəzifə səlahiyyətləri çərçivəsində verdiyi qanuni tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Anbardar kimi minimum 1 il iş təcrübəsi
  • Dəqiq, məsuliyyətli və etibarlı olmaq
  • Komandada işləmə bacarığı

Biz təklif edirik: 

  • Rəsmi əmək müqaviləsi
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Peşəkar və mehriban kollektiv
  • Növbəli iş rejimi və istirahət günləri

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly217
  • Monthly1075