Kassir

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kassir

  • Deadline 21 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Müştərilərdən nağd pul, bank kartı və digər ödəniş vasitələri ilə ödənişləri qəbul etmək.
  • Satış və digər əməliyyatları kassa aparatında və ya müvafiq proqram təminatında qeydiyyata almaq.
  • Hər bir əməliyyat üzrə müvafiq qəbz və ya ödənişi təsdiq edən sənəd təqdim etmək.
  • Qəbul edilən pulun həqiqiliyini, məbləğini və düzgünlüyünü yoxlamaq.
  • İş növbəsinin əvvəlində və sonunda kassadakı pul vəsaitlərini saymaq və uçot məlumatları ilə üzləşdirmək.
  • Gündəlik satış, daxilolma və digər kassa əməliyyatları üzrə hesabatlar tərtib etmək.
  • Növbənin sonunda kassadakı vəsaitləri və müvafiq sənədləri müəyyən edilmiş qaydada məsul şəxsə təhvil vermək.
  • Səlahiyyətləri daxilində pul vəsaitlərinin daxilolma və ödənilmə əməliyyatlarını həyata keçirmək.
  • Müştərilərlə nəzakətli ünsiyyət qurmaq, ödənişlərlə bağlı sualları cavablandırmaq.
  • Pul vəsaitlərinin saxlanması və kassa əməliyyatları üzrə müəyyən edilmiş qaydalara əməl etmək.
  • Maliyyə məlumatlarının məxfiliyini qorumaq və kassa vəsaitlərinin təhlükəsizliyini təmin etmək.
  • Pul çatışmazlığı, artıq məbləğ, texniki nasazlıq və digər uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək.
  • Kassa avadanlıqlarının, sənədlərin və iş yerinin səliqəli saxlanılmasını təmin etmək.
  • Məssisənin əmək intizamı, daxili nizam-intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək.

İş şəraiti

  • İş yeri: “UNIYAR” MMC, Əhmədbəy Ağaoğlu 61, ADA Universiteti
  • İş qrafiki: 08:00-17:00; 09:00-18:00; 
  • Əmək haqqı: 500 AZN

Tələblər:

  • Kassir kimi minimum 1 il iş təcrübəsi
  • Dəqiq, məsuliyyətli və etibarlı olmaq
  • Komandada işləmə bacarığı

Biz təklif edirik:  

  • Rəsmi əmək müqaviləsi
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Peşəkar və mehriban kollektiv
  • Növbəli iş rejimi və istirahət günləri

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly448
  • Monthly1866