Vəzifə öhdəlikləri
- Müştərilərdən nağd pul, bank kartı və digər ödəniş vasitələri ilə ödənişləri qəbul etmək.
- Satış və digər əməliyyatları kassa aparatında və ya müvafiq proqram təminatında qeydiyyata almaq.
- Hər bir əməliyyat üzrə müvafiq qəbz və ya ödənişi təsdiq edən sənəd təqdim etmək.
- Qəbul edilən pulun həqiqiliyini, məbləğini və düzgünlüyünü yoxlamaq.
- İş növbəsinin əvvəlində və sonunda kassadakı pul vəsaitlərini saymaq və uçot məlumatları ilə üzləşdirmək.
- Gündəlik satış, daxilolma və digər kassa əməliyyatları üzrə hesabatlar tərtib etmək.
- Növbənin sonunda kassadakı vəsaitləri və müvafiq sənədləri müəyyən edilmiş qaydada məsul şəxsə təhvil vermək.
- Səlahiyyətləri daxilində pul vəsaitlərinin daxilolma və ödənilmə əməliyyatlarını həyata keçirmək.
- Müştərilərlə nəzakətli ünsiyyət qurmaq, ödənişlərlə bağlı sualları cavablandırmaq.
- Pul vəsaitlərinin saxlanması və kassa əməliyyatları üzrə müəyyən edilmiş qaydalara əməl etmək.
- Maliyyə məlumatlarının məxfiliyini qorumaq və kassa vəsaitlərinin təhlükəsizliyini təmin etmək.
- Pul çatışmazlığı, artıq məbləğ, texniki nasazlıq və digər uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək.
- Kassa avadanlıqlarının, sənədlərin və iş yerinin səliqəli saxlanılmasını təmin etmək.
- Məssisənin əmək intizamı, daxili nizam-intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək.
İş şəraiti
- İş yeri: “UNIYAR” MMC, Əhmədbəy Ağaoğlu 61, ADA Universiteti
- İş qrafiki: 08:00-17:00; 09:00-18:00;
- Əmək haqqı: 500 AZN
Tələblər:
- Kassir kimi minimum 1 il iş təcrübəsi
- Dəqiq, məsuliyyətli və etibarlı olmaq
- Komandada işləmə bacarığı
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Nahar şirkət tərəfindən qarşılanır
- Peşəkar və mehriban kollektiv
- Növbəli iş rejimi və istirahət günləri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.