UPS Construction UPS Construction
  • 470

Metal konstruksiya üzrə mühəndis (Freelance)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Metal konstruksiya üzrə mühəndis (Freelance)

  • Deadline 7 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Metal konstruksiyalara aid texniki və praktiki anlayışın olması;
  • Memarlıq və mühəndis cizgilərindən ibarət olan layihə paketinin analizi;
  • İstehsalın planlaşdırılması;
  • Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin tərtib edilməsi;
  • Layihələrin istehsalat və quraşdırma sahəsində tam təhlükəsiz və tikinti normalarına uyğun təhvil verilməsində işlərin ardıcıllığına nəzarət edilməsi;
  • Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrinin işləyib hazırlanması;
  • İşləri,hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsinin təmin edilməsi;
  • İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
  • Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsinin təmin edilməsi;
  • Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrinin və başqa texniki sənədlərin tərtib edilməsi;
  • Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin sənaye nümunələrinin hazırlanması, eləcə də konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında, standart layihələrin işlənib hazırlanmasında iştirak edir;
  • Xammala, materiala, əmək sərfinə qənaətin təşkil edilməsi;
  • Sifarişçilərlə görüşlərdə iştirak etmək və birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasını təmin etmək .

Namizədə dair tələblər:

  • Müvafiq sahədə ali təhsil (İnşaat-Mühəndis);
  • İnşaat və ya texniki mühəndislik sahəsində bilikli olmalı;
  • Minimum 3 il iş təcrübəsi;
  • Kompüter proqramları - Microsoft Office, Autocad, Tekla Structures;
  • İstehsal zamanı sərf edilmiş əsas materialların istehsalat normaları ilə müqayisəli hesabatı tərtib etməyi bilməli;
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı olmalı.

Əlavə məlumat:

  • İşə qəbul Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılır;
  • İş yeri: Chirag Plaza;
  • İş günü: Freelance / danışıq əsasında;
  • İş vaxtı: Danışıq əsasında;
  • Əmək haqqı: 1000-1200 AZN(nett).

Uyğun namizədlər CV-lərini vakansiyanın adını “Mövzü” yerinə qeyd etməklə email ünvanına göndərməklərini xahiş edirik.

  • Daily0
  • Weekly168
  • Monthly783