Vaga Fitness — yalnız xanımlar üçün nəzərdə tutulmuş fitnes zalıdır. Biz müştərilərimizi motivasiya edəcək, diqqətli və bacarıqlı qadın təlimçi axtarırıq.
İş şəraiti:
- İş yeri: Bakı, Vaga Fitness (xanımlar üçün fitnes zalı)
- Vəzifə: Qadın fitnes təlimçisi / məşqçi
- İş saatı: Tam və ya növbəli iş qrafiki (razılaşma yolu ilə)
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur (faiz sistemi)
Vəzifə öhdəlikləri:
- Qrup və fərdi məşqlərin keçirilməsi
- Müştərilərin fiziki hazırlığını qiymətləndirmək və onlara uyğun proqramlar tərtib etmək
- Zal daxilində müştərilərə dəstək və motivasiya vermək
- Zalda nizam-intizam və gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək
Namizədə tələblər:
- Qadın (25–40 yaş aralığı arzuolunandır)
- Məşqçilik sahəsində minimum 1 il təcrübə (1-dən aşağı da ola bilər)
- Xoş görünüşlü, səliqəli, məsuliyyətli, enerjili və mehriban
- İdman və sağlam həyat tərzinə bağlılıq
- Ünsiyyət bacarığı və motivasiyavermə qabiliyyəti
- Təlimçilik sertifikatı üstünlükdür (amma vacib deyil)
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus dili - arzuolunandır
Əlaqə:
- WhatsApp: +994514401069
- Ünvan: Bakı, Badamdar şossesi, Bina 77
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız xanım namizədlər müraciət edə bilər. Zəhmət olmasa, CV və varsa — sosial şəbəkə profillərinizi (Instagram və ya TikTok idman kontenti varsa) göndərin.