V Vaga Fitness
  • 291

Qadın Fitnes Təlimçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qadın Fitnes Təlimçisi

  • Deadline 4 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vaga Fitness — yalnız xanımlar üçün nəzərdə tutulmuş fitnes zalıdır. Biz müştərilərimizi motivasiya edəcək, diqqətli və bacarıqlı qadın təlimçi axtarırıq.
İş şəraiti:

  • İş yeri: Bakı, Vaga Fitness (xanımlar üçün fitnes zalı)
  • Vəzifə: Qadın fitnes təlimçisi / məşqçi
  • İş saatı: Tam və ya növbəli iş qrafiki (razılaşma yolu ilə)
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur (faiz sistemi)

Vəzifə öhdəlikləri:

  • Qrup və fərdi məşqlərin keçirilməsi
  • Müştərilərin fiziki hazırlığını qiymətləndirmək və onlara uyğun proqramlar tərtib etmək
  • Zal daxilində müştərilərə dəstək və motivasiya vermək
  • Zalda nizam-intizam və gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək

Namizədə tələblər:

  • Qadın (25–40 yaş aralığı arzuolunandır)
  • Məşqçilik sahəsində minimum 1 il təcrübə (1-dən aşağı da ola bilər) 
  • Xoş görünüşlü, səliqəli, məsuliyyətli, enerjili və mehriban
  • İdman və sağlam həyat tərzinə bağlılıq
  • Ünsiyyət bacarığı və motivasiyavermə qabiliyyəti
  • Təlimçilik sertifikatı üstünlükdür (amma vacib deyil)
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus dili - arzuolunandır 

Əlaqə:

  • WhatsApp: +994514401069
  • Ünvan: Bakı, Badamdar şossesi, Bina 77

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız xanım namizədlər müraciət edə bilər. Zəhmət olmasa, CV və varsa — sosial şəbəkə profillərinizi (Instagram və ya TikTok idman kontenti varsa) göndərin.

  • Daily21
  • Weekly274
  • Monthly2117