Beton Zavodu – Keyfi̇yyətə Nəzarət İnspektoru

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Beton Zavodu – Keyfi̇yyətə Nəzarət İnspektoru

  • Deadline 11 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Ağdam Rayonu ( Ağdam Sənaye Parkı)

Vəzifə öhdəlikləri: 

  • Sahədən uyğun nümunələrin götürülməsini təmin etmək;
  • Sınaqların keçirilməsi və nəticələrini təhlil etmək;
  • Daxil olan xammalları gündəlik olaraq vizual və uyğun labaratoriya avadanlıqları ilə keyfiyyətini yoxlamaq.
  • Beton zavodda istifadə olunan xammaların saxlama şəraitinə nəzarət etmək;
  • Beton istehsalı prossesinə nəzarət etmək;
  • Öhdəliyində olan avadanlıq və cihazlara nəzarət etmək;
  • Texnoloji parametr göstəriciləri düzgün işləmədikdə, istehsal prosesində hər hansı uyğunsuzluqla rastlaşdıqda, hazır məhsulda rast gəlinən uyğunsuzluq barədə cavabdeh şəxsi məlumatlandırmaq;
  • Avadanlıqlarda baş verən hər hansı problem barədə sahə rəhbərinə məlumat vermək və problemin həlli istiqamətində görülən işlərə nəzarət etmək
  • Betonda izlənməni təmin etmək üçün lazımi etiket məlumatlarının olmasına diqqət etmək. 
  • Keyfiyyətə Nəzarət ilə əlaqədar lazımi sənədləşmə işlərinin aparılmasınə təmin etmək;

Ümumi tələblər: 

  • İnşaat üzrə ali və ya peşə təhsilli olmalı
  • Hazır beton və ya beton xammalı istehsal laboratoriyalarında minimum 3 il iş təcrübəsi olmalı
  • Yeni (maye) və bərkimiş beton sınaqlarını yerinə yetirmək bacarığı olmalı
  • Laboratoriya şəraitində uyğun parametrlərdə beton qarışıqları hazırlamağı bacarmalı
  • Test nəticələrini şərh etmək üçün kifayət qədər texniki biliyə sahib olmalı
  • MS Office əlaqədar proqramlarını bilməli
  • Komanda işinə meylli, nəticəyönümlü və analitik düşünən olmalı

İş Şərtləri:

  • Həftədə 6 iş günü;
  • İş saatları: 08:00-18:00;
  • Yaşayış yeri Ağdam ərazisində olmayanlar üçün kampda qalmaq və yemək (3 dəfə) şirkət tərəfindən təmin olunacaqdır;
  • Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir

Vakansiyaya müraciət üçün CV-nizi “İnşaat Mühəndisi" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019