Vəzifə və Öhdəlikləri:
- Proqramı hazırlamaq, dəyişmək və ya ləğv etmək
- İcra ediləcək əməliyyatın xüsusiyyətlərini müəyyən etmək üçün texniki təsvirləri və ya iş təlimatlarını araşdırmaq;
- Detalların dəzgah imkanları daxilində istehsal olunmasını təmin etmək üçün cizgiləri qiymətləndirmək;
- CAM proqramından istifadə edərək əsas 2D və 3D proqramları yarada bilmək;
- CNC kəsim və digər əməliyyatların alqoritm kataloquna uyğun aparılmasını təmin etmək;
- CNC dəzgahları üçün G və M kodlarındn istifadə etmək;
- Proqramlaşdırılmış hissələr üçün quraşdırma vərəqləri yaratmaq; (İş Təlimatları)
- Standartların yerinə yetirilməsini təmin etmək;
- Alət kataloqlarından hazırlanacaq müvafiq hissələr üçün hansı alətdən istifadə ediləcəyini müəyyənləşdirmək;
- Cari emal prosesinin emal müddətlərinin hesablanması və mümkün alət, qurğu və emal prosedurlarının təkmilləşdirilməsi işlərini yerinə yetirmək;
- Emal prosesinə uyğun dəzgah konfiqurasiyasını seçmək;
- İşləmə ardıcıllığını və emal ardıcıllığına uyğun istifadə ediləcək alətləri müəyyənləşdirmək;
- Layihələrin planlanmasında komanda ilə birgə çalışmaq.
Tələblər:
- Müvafiq sahə üzrə orta ixtisas (Ali təhsil üstünlük);
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- CNC dəzgahlarının işləmə prinsipini bilmək;
- Texniki rəsimləri (çertyojları) düzgün oxuma və anlama;
- Autocad və SolidWorks proqramlarını bilmək mütləqdir (Mastercam, Solidcam və Powermill proqramlarını bilmək üstünlük);
- İşinə məsuliyyətli, intizamlı olmaq;
- Komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- Nahar şirkət tərəfindən qarşılanır
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "CNC avadanlığı üzrə proqramist" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.